Hacı Cavad məscidində əzadarlıq məclisi (Foto)

Məhərrəm ayı daxil olandan sonra Azərbaycanda yaşayan müsəlmanlar məscidlərdə İmam Hüseynin (ə) şəhid edilməsi böyük ehtiramla keçirirlər.

Maide.az xəbər verir ki, keçirilən məclislərdə xütbələr oxunur, mərasim iştirakçıları mərsiyələr oxuyaraq sinə vururlar, əzadarlıq edilər, kasib insanlara əl tuturlar, ehsanlar verirlər və s.

Oktyabrın 26-dan etibarən (Məhərrəm ayı daxil olduğu gündən) Aşuraya kimi bu mərasimlər davam edəcək. Mərasimlər əsasən Bakının Hacı Cavad, Məşhədi Dadaş, İmam Hüseyn, Xanım Zəhra, Qasımbəy, Əjdərbəy, hacı Sultanəli və digər məscidlərdə keçirilir. Bununla yanaşı ölkənin bütün rayon və şəhərlərində o cümlədən Gəncə, Göyçay, Quba, Masallı, Lənkəran, Astara, Cəlilabad, Göytəpə və s. şəhərlərdə Əhli-Beyt (ə) sevərlər əzadarlıq mərasimləri təşkil edirlər.  /

Hacı Cavad Məscidindəki əzadarlıqdan fotoları təqdim edirik:


 

Google+ WhatsApp ok.ru