`Hacı Cavad` məscidinin qarşısına dindarlar toplaşıb, saxlanılanlar var - FOTO, VİDEO -YENİLƏNİB1

`Hacı Cavad` məscidinin qarşısına dindarlar toplaşıb, saxlanılanlar var - FOTO, VİDEO -YENİLƏNİB1

(VİDEO əlavə olunub) 
 
12:05   Meydan.tv-nin məlumatına görə, hadisə yerində olan jurnalist Rövşən Məmmədlinin öz "Facebook" səhifəsində yazdığına görə, polis bir neçə nəfəri aparıb və jurnalistlərdən birinin kamerasını alaraq görüntüləri silib. Hazırda dindarlar məscidin içərisinə yığışıb. 
 
***
 
"Sovetski"də yerləşən "Hacı Cavad" məscidinin qarşısına dindarlar və polislər toplaşıb
 
Maide.Az İslamazeri.com-a istinadən xəbər verir ki,  polislər məscidin boşaldılması üçün 2 gün vaxt verdiklərini bildirib.
 
Polislər tərəfindən saxlanılanların olduğu önə çəkilir. Hazırda məscidin ərazisində çox sayda polis və inanclı var. Polis məscidə daxil olmağa çalışır.
 
Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Çingiz Mustafayev küçəsində yerləşən Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. 
 
 
 
 
 
 
 
 
 
 
Məscidin daxilində insanlar ibadət edir və məscidin sökülməsinin qarşını almağa çalışır.

Görüntünün olası içeriği: 7 kişi, ayakta duran insanlar, kalabalık, gökyüzü ve açık hava

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar, kalabalık ve açık hava

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar, gökyüzü, kalabalık ve açık hava

.

Google+ WhatsApp ok.ru