Hacılar Məkkədə ABŞ və İsrailə ölüm şüarı səsləndirdi - FOTO/VİDEO

Hacılar Məkkədə ABŞ və İsrailə ölüm şüarı səsləndirdi - FOTO/VİDEO

Hacılar Məkkədə müşriklərdən bəraət mərasimində "ABŞ-a ölüm" və "İsrailə ölüm" şüarları səsləndirdi. 
 
Maide.Az xəbər verir ki, Əl-Aləm-in məlumatına görə,  müşriklərdən bəraət mərasimi ötən gün İranlı hacılar və digər ölkələrdən olan hacıların iştirakı ilə  təşkil olunub.
 
Mərasimdə iştirak edən Hacılar  Allahu Əkbər,  ABŞ-a ölüm,  İsrailə ölüm şüarları səsləndirib və müşriklərə öz nifrətlərini nümayiş etdiriblər. 
 
Müşriklərdən bəraət mərasimində  Ali Rəhbər Ayətullah Xameneinin Həcc üzrə nümayəndəsi Seyid Əli Qazi  Əskəri  Ali Rəhbər Ayətullah Xameneinin Həcc mesajını oxuyub. 
 
Hacılar müsəlmanlara qarşı  törədilən zülmləri pisləyib və  müsəlmanların vəhdətinin zərurətini vurğulayıblar.  

Google+ WhatsApp ok.ru