Hacıların  elektron qolbaqlarını Britaniyalı şirkət hazırlayır

Hacıların elektron qolbaqlarını Britaniyalı şirkət hazırlayır

Səudiyyə Ərəbistan Həcc mərasimində təhlükəsizliyin təmini bəhanəsi ilə Həcc mərasimini yerinə yetirmək üçün bu il Məkkə şəhərinə gələnləri elektron qolbaqla təchiz edəcək. Bu elektron qolbaqları isə Britaniyalı bir şirkət hazırlayacaq. 
 
Maide.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmiləri elan edib ki, zəvvarlar Səudiyyə Ərəbistanına daxil olan andan Britaniyanın G4S şirkətinin hazırladığı qolbaqları taxmalıdır. 
 
Britaniyanın G4S  şirkətinin Ərəbistanın Ciddə, Taif, Riyad və digər şəhərlərində nümayəndəlikləri fəaliyyətə başlayıb. Hadisə baş verən zaman Səudiyyə təhlükəsizlik təşkilatının əməliyyat otağı məlumatları bu şirkətdən alacaq.
 
Beynəlxalq KİV-lərin məlumatına görə, Britaniyanın G4S şirkəti İsrail rejim casusluq şəbəkəsi ilə yaxından əməkdaşlıq edir. Bildirilir ki, elektron qolbaqlar ele bir texnologiya ilə  təchiz olunub ki, hacıların olduğu yeri izləmək imkanı verir. Elektron qolbaqlar GPS-ə qoşulub və suya müqavimətlidir. Elektron qolbaqda zəvvarların sağlamlıq haqqında məlumat və şəxsi məlumatları  qeyd olunub. 
 
Digər məlumata görə, Səudiyyə Ərəbistan Britaniyanın G4S şirkəti ilə həmçinin özünün Yəmənlə olan sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün müqavilə imzalayıb.
 
Səudiyyə Ərəbistan Kəbənin ətrafında 800 dən çox kameralar quraşdırılıb. Bu kameralar vahid bir mərkəzə qoşulub və nəzarət olunur. 
 
Keçən il Məkkədə Səudiyyə hökumətinin səhlənkarlığı və bacarıqsızlığı nəticəsində 2300 dən çox zəvvarın həyatını itirdiyi faciədən sonra təhlükəsizliyin təmin olunması istiqamətində bu cür addımlar atıb. Rəsmi Riyad bu faciədə ölənlərin sayını 700 nəfər elan edib və hələdə bu rəqəm üzərində dayanıblar. 
 
 

Google+ WhatsApp ok.ru