Hacıların sayı 1 milyon 400 min nəfəri keçib

Hacıların sayı 1 milyon 400 min nəfəri keçib

Səudiyyə Ərəbistanının Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin son açıqlamasına görə, cari ildə indiyədək Həcc ziyarətinə gedən hacıların sayı 1 milyon 400 min nəfəri keçib. 
 
Maide.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 2017-ci ilin avqust ayının 24-də verdiyi son açıqlamasına görə, bu il Səudiyyə Ərəbistanına Həcc ziyarətinə müxtəlif ölkələrdən 1 milyon 400 min nəfərdən çox hacı gəlib. 
 
Məlumata görə, zəvvarların böyük əksəriyyəti hava nəqliyyatı vasitəsilə (1,313,946 nəfər) 79501 nəfər quru və 12477 nəfər isə dəniz yolu ilə özlərini müqəddəs torpaqlara çatdırıb.
 
Cari ildə zəvvarların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 350531 nəfər çoxdur.
 
Zəvvarların sayının 2 milyon nəfərdən artıq olacağı ehtimal olunur. 
 
Qeyd edək ki, ötən il həcc ziyarətində 1 milyon 800 min nəfər iştirak edib. (iqna) 

Google+ WhatsApp ok.ru