Hacı İlham Əliyev: `Sionizm olduqca kəskin şəkildə öz zülmündə israrldıır`

Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyev sionist rejimin Fələstin xalqına qarşı cinayətlərini tənqid edərək bu məsələyə münasibət bildirib.
Maide.az olaraq həmin münasibəti təqdim edirik: 
“Fələstin xalqı sionist rejimin işgəncələri və zülmü altında əziyyət çəkir. Sionizm olduqca kəskin şəkildə öz zülmündə israrldıır. Nə böyüyə, nə kiçiyə rəhm etmədən öz zülmü ilə Fələstin xalqını əqidələrindən döndərmək istəyir. Amma artıq bunu başa düşməli, dərk etməlidirlər ki, bu yolla öz xoşagəlməz niyyətlərinə nail ola bilməyəcəklər. Artıq o zaman çoxdan ötüb keçib ki, onlar silah gücü ilə öz hədəflərinə çatsınlar, hədə-qorxu ilə istəklərini həyata keçirsinlər. Onlar dərk eləməlidirlər ki, insanlar həqiqi mənada ayılıb, həqiqi mənada öz müqəddəs amalı uğurundan amalları uğurundan canlarından keçməyə, qanlarının axıdılması yolu ilə olsa belə, vətənlərinin azadlığını təmin etmək əzmindədirlər. Və sionist rejim bunu dərk edib başa düşməlidirlər ki, Fələstin xalqı gec-tez öz müqəddəratlarını özləri həll etməlidir. İnsanları öz istəkləri ilə özlərinin bəyəndikləri hökumətə səs vermələrinə şərait yaratmalıdırlar. Özləri bu yolla, tam azad şəkildə gələcəklərini müəyyənləşdirməlidirlər.”

Google+ WhatsApp ok.ru