Hacı İlham Əliyevin həbs müddəti uzadılıb - YENİLƏNİB

Hacı İlham Əliyevin həbs müddəti uzadılıb - YENİLƏNİB

 
Faktxeber-in məlumatına görə, Hacı İlham Əliyevin Hüquqlarının İctimai Müdafiə Komitəsinin sədri Akif Heydərli bildirib ki, Hacı İlham Əliyevin həbs müddəti oktyabrın 28-dək uzadılıb:
 
"İ.Əliyevin vəkili Osman Kazımovun bildirdiyinə görə bu barədə qərar dünən Səbayıl məhkəməsində verilib. Hazırda Hacı İlham Əliyev DTX-nın təcridxanasında saxlanılır. Onun istintaqı davam edir. Hacının mənəvi-psixoloji durumu, səhhəti normal və qaydasındadır. O, ona qarşı irəli sürülən ittihamları qəbul etmir.”
 
 
***
 
 
Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyevin  həbs müddəti uzadılıb.  
 
Maide.Az “musavat.com”a istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatına əsasən İlham Əliyev və onunla birlikdə həbs edilən Mehman Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.
 
Qeyd edək ki, Hacı İlham Əliyev bu ilin fevral ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü  maddəsi ilə ittiham irəli sürülüb. Mehman Rzayev də eyni maddə ilə ittiham olunur. 
 
Hacı İlham Əliyev  barəsində bundan öncə 4 ay müddətinə həbs qərarı çıxarılmışdı.
 
 

Google+ WhatsApp ok.ru