Hacı Məsim  Novruzov vəfat edib

Hacı Məsim  Novruzov vəfat edib

Mərhum sabah günorta namazından sonra Bülbülədə dəfn olunacaq

"İnna lillah və inna ileyhi raciun"

Tanınmış ruhani, uzun illər Bülbülə qəsəbəsindəki "İmam Ümmət" məscidində xidmət göstərmiş Hacı Məsim  Novruzov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Hacı Məsim ictimai şəxsiyyət və  el ağsaqqalı  olub. Bir müddət isə absurd ittihamla  2 il həbs həyatı yaşayıb. Hacı Məsim  kasıblara əl tutan bir şəxs və Əhli-beyt (ə) aşiqi kimi  tanınıb.

Allah rəhmət eləsin.

Xatırladaq ki, Hacı Məsim Novruzov ilahiyyatçı  Ruhullah Novruzzadənin atası və  ruhani Hacı Abgül Süleymanovun qayınatasıdır.

Mərhum sabah (26 iyul) günorta namazından sonra Bülbülə qəsəbəsindəki kənd qəbiristanlığında dəfn olunacaq.

Google+ WhatsApp ok.ru