Hacı namizədlərimizi gözləyən təhlükə - Menengit

Həcc ziyarəti sentyabr ayının üçüncü ongünlüyündə baş tutacaq

Türkiyənin səhiyyə nazirliyi bu il ölkəsindən Həcc ziyarətinə gedənlərin iflic və menengit xəstəliyinə qarşı peyvənd edilməsi ilə bağlı qərar qəbul edib.
İnterpress.az xəbər verir ki, ziyarətçilərin peyvənd edilməsi tələbini Səudiyyə Ərəbistanı edib. Belə ki, bu il Həcc ziyarətinə gedənlərdən adıçəkilən iki xəstəliyə qarşı peyvənd olunduqlarını təsdiq edən sertifkat tələb olunacaq.

Bəs Azərbaycandan hacı olmaq istəyənlər peyvənd ediləcəkmi? Bu sualla Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) müraciət edtik. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə sualımıza konkret cavab verə bilməyəcəyini söylədi: “İndi bu suala cavab verə bilmərəm. Çünki hər il olduğu kimi bu il də araşdırma üçün Səudiyyə Ərəbistanına göndərdiyimiz dəstə yenicə geri dönüb. Biz ortaya çıxan tələblərlə bağlı yaxın günlərdə Həcc ziyarətinə yollanmaq istəyənlərə məlumat verəcəyik”. R.Dadaşova daha bu ilki Həcc ziyarətinin sentyabrın üçüncü ongünlüyündə baş tutacağını bildirdi. /

Google+ WhatsApp ok.ru