Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib 18 Oktyabr 2016 01:00 Hadisə Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Verilən məlumata görə, hadisə səhər saat 5.35 radələrində Hacıqabul şəhəri Ə. Vahid küçəsi 107/a ünvanında qeydə alınıb. Ağamalıyevlər ailəsinə məxsus mənzildə qaz cihazından sızan dəm qazı ailənin 6 üzvünü zəhərləyib. Onlardan 2012-ci il təvəllüdlü Ağamalıyeva Günay, 2002-ci il təvəllüdlü Ağamalıyeva Gülnarə, 1986-cı il təvəllüdlü Ağamalıyeva Türanə, 1958-ci il təvəllüdlü Ağamalıyeva Elmira, 1982-ci il təvəllüdlü Ağamalıyev Emil və 1955-ci il təvəllüdlü Ağamalıyev Məcid dəm qazından zəhərlənmə diaqnozu ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirliblər. (apa) / Teqlər : #Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yağışlı hava şəraiti ilə əlaqədar 5 yol qəzası baş verib Quba-Xınalıq yolunda qaya parçası düşüb, yol bağlanıb