Hacıqabul sakini aclıq aksiyasına başlayır

Hacıqabul sakini aclıq aksiyasına başlayır

Hacıqabul rayonunun Muğan qəsəbəsində yaşayan sakini Əkbər Ağayev rayon məhkəməsinin qərarından narazıdır.
 
Şikayətçi Modern.az saytına  açıqlamasında məsələyə etirazını aclıq aksiyasına başlamaqla bildirib.
 
“Hacıqabul rayon məhkəməsinin haqsız qərarına görə dünəndən etibarən ailəmlə birlikdə aclıq aksiyasına başlamışam. 2014-cü ildə Muğan qəsəbə sakini Səfərov Vidadi saxta sənəd düzəldərək mənim evimə gələn yolu əlimdən almaq məqsədilə Hacıqabul rayon məhkəməsinə müraciət edib. Məhkəmədə bu sənədin saxta olduğunu bildirmişəm. O adamı hər kəs saxtakar bir şəxs kimi tanıyır. O tək qohumlarının adına yox bir neçə insanların adına saxta sənədlər düzəldərək bir neçə adama həmin torpaqları satıb. Hacıqabul rayon məhkəməsindən xahiş etdim ki, əgər o, Muğan Bələdiyyəsində qeydiyyatda varsa, o yeri təhvil verməyə hazıram. Hacıqabul rayon  məhkəməsi birmənalı şəkildə rədd elədi. Bildirdi ki, bu sənəd bələdiyyə sənədi deyil. Hacıqabul Rayon Torpaq və Xəritəçəkmə Komitəsi verib. Hətta o sənədin surətini göstərdim ki, burda bələdiyyə sənədidir. Bələdiyyənin imzası var və xahiş edirəm ki, bunu araşdırın. Amma o imtina elədi və torpaq şöbəsindən ekspertiza gəldi belə bir rəy verdi ki, guya mən Ağayev Aydın Əfsər oğluna məxsus 35 sot torpaq sahəsinin ərazisindən yol çəkmişəm. Qərar verdi ki, “yoldan çıx”. Mənim orda başqa alternativ yolum yoxdu.
 
Açıq şəkildə məhkəmə bildirdi ki, “get körpü çək”. Belə olan halda mən Hacıqabul Rayon Prokrorluğuna ərizə ilə müraciət elədim və xahiş etdim ki, iş araşdırılsın. İş araşdırılarkən  məlum oldu ki, sənəd saxtadır. Belə olan halda Şirvan inzibati məhkəməsinə müraciət etdim və həmin sənəd ləğv olundu. Eyni zamanda qarşı tərəf apelyasiya şikayəti verdi, qəbul olunmadı yəni mənim xeyrimə qərar verildi. Lakin ali məhkəməyə apelyasiya şikayəti verildi, ali məhkəmədən bildirdilər ki, işə o vaxt baxa bilərik ki, bunun rayon məhkəməsində həlli yolunu açaq”.
 
Şikayətçi, ailə vəziyyətinin çətin olduğunu da dilə gətirib.
“Oğlum hərbiçidir, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir, vətəni qoruyur. Sabah mənim də oğlum şəhid ola bilər, bəs mənim evimə onu hansı yolla gətirəcəklər?! Hələ 2015 ci ildə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev nazirlərə ciddi tapşiriq verərək bildirib ki,on illərlə sahibkarliq adi ilə yer götürürlər. Nə özləri istifadə edirlər nədə başqalarina verirlər. Dərhal əllərindən alın”. Elə bil bu sözlərin Həmid Əzizova aidiyyatı yoxdur.Hansı ki,  Agayev Aydin həmin ərazidə heç bir iş görməyib və görə də bilməz. Çunki həmin ərazidə mərhum prezidentimiz Heydər Əliyevin adini daşiyacaq parka Haciqabul rayon icra hakimiyyəti icazə verməyərək bildirib ki, əraziyə mutəxəssislər tərəfindən baxış keçirilib. Məlum sözu gedən ərazidən Daxili İşlər Nazirliyinin radar fiber xətti qəsəbəyə gələn yüksək təziqli qaz xətti və telefon kabel xətti keçir. Odur ki, həmin ərazidə heç bir tikinti işləri aparıla bilməz. Bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222 və 314-cü maddəsində öz əksini tapıb. Lakin hakim Həmid Əzizovun öz qanunları var müdafiə etdiyi tərəfə vəkillik edir”.  /

Google+ WhatsApp ok.ru