Hacı Sərdar Hacıhəsənli: Peyğəmbərlərin insanın ömrünə bəxş etdikləri töhfələri onlardan qeyriləri insanlığa bəxş edə bilməz - VİDEO

 
 
Ruhani alim Hacı Sərdar Hacıhəsənli Azərbaycan İslam Partiyasının təşkilatçılığı Məbəs Günü ilə bağlı baş tutan bayram tədbirində çıxışını oxucularına təqdim edir.
 
Xatırladaq ki, ruhani-alim peyğəmbərlərin gəlişi, missiyası və onların şəxiyyəti haqqında olduqca mühüm və diqqət çəkən məqamlara toxunub. 
 
“Əgər bizim həyatımızda kimsənin bizim formalaşmağımızda hər hansı rolu varsa, biz ona borclu oluruq və çalışırıq  həyatımızda, tərəqqimizdə, inkişafımızda ifa etdiyi rola görə ondan məmnuniyyətimizi bildirək. Amma bu həyatımızda tərəqqilərin rolunu, miqdarını hesablamaq istəsək görərik ki, bunların içində ən böyük rola peyğəmbərlər malikdirlər. Əgər başqaları bizim həyatımızın rifahının önə getməsinə, yaxşılaşmasına bütövlükdə götürəndə dünya həyatımızın abadlaşmasına xidmət ediblərsə, peyğəmbərlər isə səadətimizə xidmət ediblər. Səadət isə dünya və axirətin birgə xoşbəxtliyi deməkdir.
 
Peyğəmbərlərin insanın ömrünə bəxş etdikləri töhfələri onlardan qeyriləri insanlığa bəxş edə bilməz. Məbəs insan övladına verilən ən böyük dəyərdir.
 
Əgər peyğəmbərlər insanların həyatına gəlməsə idi, insanın varlığa və özünə baxışı yalnış olardı. Peyğəmbərlər gəldi və insanların vücudunda inqilab elədi. İnqilabı onların şüurundan başladı. Birinci, onların özləri haqqında düşüncələrini dəyişdi. İnsana öyrətdi ki, insan övladı sən puç, müvəqqəti, heç bir mahiyyəti olmayan varlıq deyilsən. Sən özünə baxışını dəyişməlisən və sən Rəbbinin şah əsərisən. İnsan özü haqqında, özünün əbədi varlıq olmağı haqqında ilk dəfə peyğəmbərlərin dilindən eşitdilər. İnsanın özünə özünü tanıtdırdı. Sonra, Peyğəmbərlər insana Rəbbini tanıtdırdı. İstədi insanlar bilsin ki, o kiçik, cılız bir varlıq deyil. O, Rəbbinə söykənəcək və Rəbbi ilə birgə yenilməz, itməz olan bir varlıqdır. İnsanlara Peyğəmbərlər öyrətdi ki, sən Rəbbinin əsərisən və Rəbbinlə birgə rabitədə olmalısan. Əgər Peyğəmbərlər dünyaya gəlməsə idi, insanlar ən ali tərzdə düşünsək, ən yaxşı halda olduğu qədərində qalardı. Amma peyğəmbərlər insanlara dedi ki, sən bu cür kiçik deyilsən.
 
 Peyğəmbərlər insana Allah tərəfindən səfir gəldiyi öyrətdi. Sənin vücudunun məmləkətində bir səfirlik açacam. Bu səfirlik mənim təmsil etdiyim məmləkətlə sənin yaşadığın məmləkət arasındakı əlaqə və rabitəni böyüdəcək.  Onda insan övladı qiymət tapdı. Peyğəmbərlər insanlarla Allah arasında rabitə yaratdılar. Lakin onların işi bununla məhdudlaşmadı. Allah elçiləri insanların həm dünyasını, həm də axirətin abad etməyə gəlmişdilər. Peyğəmbərlər insanlara çağırış zamanı maddi şüarlar verməyiblərsə, əgər onları maddiyyata səsləməyiblərsə, bu ona görədir ki, onları maddi şüarlar ətrafında birləşdirməyi insan kəramətinə zidd hesab ediblər. Peyğəmbərlər insanların ünvanına səfir olaraq gəlmişdilər, həm onların maddi, həm də ki, mənəvi həyatı peyğəmbərlər üçün əhəmiyyət kəsb edirdi. Peyğəmbər gəldi və fərd olaraq insanı görmədi. Onlar insanları Allahın əsəri kimi görürdülər və insanlar arasında hakimiyyət etdilər. Peyğəmbərlər insanların arasında ən ali bir qurğunu yaratdılar. Allah bəndəçiliyi mehvəri ilə bir hakimiyyət! Bu hakimiyyətdə dünya və axirət öz əksini tapmışdı. Müsəlmanların gələcəkləri əks olunmuşdu. 
 
Bu xidməti həm maddi, həm də ki, mənəvi həyatlarına aid idi. Peyğəmbərlər heç bir zaman insanların iqtisadi həyatına biganə olmadılar.  Əgər peyğəmbər insanların arasına gəldisə, onların iqtisadi rifahının ən ali tərzdə olmağı üçün zəhmət çəkdilər. İlk vaxtlarda əziz islam peyğəmbəri Mədinədə müsəlmanların iqtisadi rifahı üçün addımlar atdı. O, addımlar islahatlardan başladı. Belə ki, Allah Rəsulu(s) Mədinəyə gələndə gördü ki, şəhər çox pis bir durumdadır. İnsanlar arasında maddi cəhətdən təbəqələşmə hökm sürürdü. Təbii ki, insanlar fəaliyyətlərinin, zəhmətlərinin nəticəsi olaraq biri-digərindən ali səviyyədə yaşamağı qazana bilir. Bu fərqdir və labüddür. Təbəqələşmə isə başqa şeyə xidmət edir. Təbəqələşmə dövlətlinin dövlətlənməsi, kasıbın kasıblaşması, sonda isə kasıbın dövlətli tərəfindən əməyinin və varlığının istismar olunması, birinin başqa bir təbəqəyə, digərinin isə mülkiyyət şəklinə düşməsinə gətirib çıxarır.  Bu vəziyyətdə peyğəmbərimiz nə etdi?  Bu vəziyyəti sındırmaq üçün ilk addım kimi Mədinədə inhisarı aradan qaldırdı. İnhisarçılığı pozmağın birinci addımını peyğəmbər Mədinədə bazar tikməklə atdı. Ondan əvvəl Mədinə bazarı istehsalçı ilə istehlakçının birləşdiyi nöqtə idi. Əgər bazar iqtisadi fəsadlara məruz qalarsa, bu hər bir tərəfə sirayət edər. Əvvəl bazar belə idi. Bir məhəllə yalnız xurmaçıların əlində idi.  İstehsalçı məcbur idi ancaq o bazarda gedib xurmasını təhvil versin.  Hər kəs məcbur idi ki, xurmasını orda alsın. Demək olar ki, bütün iqtisadi bazar sistemi inhisara düçar olmuşdu. Amma peyğəmbərimiz gəldi və bu sistemi sındırdı. Yeni bir bazar tikdi. Peyğəmbərin tikdiyi bazarda inhisarçıların heç bir rolu olmadı.  Yəni nəsillərdən-nəsillərə, əldən-ələ ötürülən inhisar bazar iqtisadiyyatı sistemi yox, yeni nəslin fəaliyyəti nəticəsində, onların da günlərin abad edəcək bir bazar yaratdı. Bundan əlavə peyğəmbər iqtisadi durumun bir rəhbər olaraq həqiqətin ortaya qoydu. Əgər modern dünyaya nəzər salsaq görərik ki, hündür, gözəl binaların arxasında çox acınacaqlı durumda yaşayan insanlar var. İnsanların arasında bəzən kasıb və dövlətlilərin yaşadıqları məntəqələr belə fərqlidir. Kasıblarla dövlətlilərin arasında uca divarlar sanki həqiqətləri, iqtisadiyyatın fəsadlarını gizlətməkdədir. Acınacaqlı durumu olan insanların önündə pərdələr qurulmaqdadır. Ancaq baxaq görək Allah Rəsulu(s) hansı yolu seçdi. Allah rəsulunun dövründə Mədinənin iqtisadi durumda ən acınacaqlı halı olan insanlar əli-ayağı yalın Məkkədən Mədinəyə hicrət edən insanlar idi. Peyğəmbər onları gizlətmədi. Bir rəhbər, bir öndər kimi həmin insanları gizlətmədi və gətirib yerləşdirdi. Amma harada? Düz İslamın ən mərkəz nöqtəsində- peyğəmbərin oturub hakimiyyət yönəltdiyi məscidin önündəki səkidə o insanları yerləşdirdi. Bu adamlara səki camaatı deyərdilər. Peyğəmbər göstərdi ki, iqtisadiyyatınmövcud durumu bundan ibarətdir. Peyğəmbər dedi ki, həqiqi iqtisadiyyatımızın vəziyyəti bu gün bu müsəlman qardaşların durumunda öz əksini tapıb. Peyğəmbər mövcud iqtisadi durumu pərdələmədi, divar arxasına çəkmədi. Ondan sonra peyğəmbər başladı acınacaqlı durumda olan insanların iqtisadi rifahını düzəltməyə və qanunlar tətbiq etməyə. Dedi xüms, zəkat verəcəksizsə bu insanlardan başlayacaqsız. Hətta peyğəmbərə ziyafət vermək istəyənlərə Allah Rəsulu(s) deyirdi ki,  mənə qonaqlıq vermək istəyənlər, məni yedirtmək istəyənlər gəlib məscidin qarşısında, səki camaatı ilə birgə bunu etsinlər. Allah Rəsulu(s) bir öndər, bir insan, bir rəhbər idi ki, iqtisadi gərginliklərin üstünü örtməyə çalışmırdı. Peyğəmbər müsəlman cəmiyyətinin lideri və rəhbəri idi. Cəmiyyətdə olan mövcud durumdan daima nigaran idi.
 
Bu müharibələrin hər birini əgər araşdırsaq görərik ki, peyğəmbər müharibə etməyə məcbur olub. Ancaq bir döyüş var ki, bu döyüşün başlanğıcına peyğəmbər özü qərar verib. O, Mutə döyüşü idi. Mutə döyüşü o zaman baş verdi ki, Allah Rəsulu(s) müsəlmanların halında iki acınacaqlı durumu az bir fasilə ilə müşahidə etdi. Onlardan biri bu idi ki, peyğəmbər 15 Quran müəllimini təbliğat üçün bir məntəqəyə göndərmişdi. Göndərilən məntəqədə 15 insandan 14-nü öldürdülər. Onlardan yalnız 1-i yaralı şəkildə özünü peyğəmbərə çatdıra bildi. Az zaman sonra peyğəmbərimizin səfirini, məktub göndərdiyi elçisini Haris İbn Umeyri Əzdini öldürdülər. Onda ki,  Rum və Şamdan Haris İbn Umeyri Əzdin ölüm xəbərini gətirdilər peyğəmbərimiz çox nigaran oldu. Nigarançılığının bir səbəbi var idi. Peyğəmbər narahat idi ki, bu gün müsəlman cəmiyyətinin müsəlman üzvünü, silahsız bir vəziyyətdə olan insanları öldürənlərin arxasında hansı cürət dayanır. Peyğəmbər nigaran idi ki, bu gün müsəlman öndərliyi əgər müsəlman camiəsinin hər bir fərdinin marağın, şəxsiyyətin, heysiyyatın, hürriyyətin, qanın qorumazsa, müsəlmanların üzərinə cürət də artar. Ona görə də, peyğəmbərimiz Məutə döyüşünün fərmanını verdi. Üç min qoşun göndərdi. Qoşunun önündə çıxış edərkən Allah Rəsulu bir söz buyurdu və o sözə görədir ki, bu gün Mutə döyüşünü İslam tarixində məğlubiyyət kimi yazmayıblar. Amma əsl həqiqətdə döyüş bundan ibarət idi. Peyğəmbərimiz qoşunu yığdı, bu gün gedəcəklərini bildirdi. Bunu bilin ki, bu döyüşümüzün tələfatı var, məğlubiyyəti yoxdur. Amma o zamana qədər döyüşlərin məğlubiyyəti elə tələfatlarla ölçülürdü. Mutə döyüşündə sözün əsl mənasında müsəlmanlar məğlub oldular. Hətta sonda Xalid İbn Vəlid qaçdı. Mədinəyə gələndə camaat, hətta onların ailələri belə qapıları üzlərinə bağladılar. Bütün bunlara rəğmən peyğəmbər yenə bu döyüşü məğlubiyyət hesablamadı. O vaxt ki, peyğəmbərə xəbər verdilər ki, döyüşdən qayıdanların üzünə ailə və uşaqları belə qapıları açmır,  Allah Rəsulu(s) gəldi və çıxış etdi:
 
“Mən döyüşdən qabaq sizə deməmişdim ki, bu döyüşün məğlubiyyəti yoxdur, tələfatı var. Səbəbi nədən ibarət idi. Allah Rəsulu(s) döyüşdən öncə bir neçə söz buyurmuşdu. Cəfər İbn Əbu Talibi ordu sərkərdəsi təyin etmişdi. Əgər Cəfər şəhid olarsa onun ardınca Zeyd İbn Haris, o da şəhid olarsa, başqa bir sərkərdəni qoşuna rəhbər kimi təyin etmişdi. Qoşun hərəkət edərkən əhli-kitabdan olan bir nəfər yəhudi Zeyd İbn Harisiyə yaxınlaşdı və dedi ki,  sən inanırsan bu kişi peyğəmbərdir. Dedi inanıram. Yəhudi cavab verdi ki, əgər inanırsansa get ailə və uşaqlarınla sağollaş, çünki siz qayıtmayacaqsız.  Bizim bəni İsrail peyğəmbərlərindən nümunələr var. Əgər ordu rəhbərlərinə deyiblərsə filankəsin başına əgər bir iş gələrsə, onların əgərləri hər zaman özünü doğruldub. Peyğəmbər Mədinədə oturmuşdu. Məutə döyüşünün əhvalatını camaata nəql edirdi. Onlar şəhid oldular. Şəhid olandan sonra qoşun pərakəndə oldu. Xalid İbn Vəlid qoşunu götürüb geri qayıtdı. Peyğəmbər dedi ki, bu məğlubiyyət deyil. Səbəb bir idi. Bizim bu davamız hürriyyət davası idi. Bizim bu davamız dünyaya verəcəyimiz mesaj ondan ibarətdir ki, kimsə bu gündən sonra silahsız, dünyanın müxtəlif yerində səpələnəcək insanları kimsəsiz görüb onları öldürmək cürətində olmasın. Bu gündən sonra hər kəs bilsin ki, müsəlman camiəsinin bir vücudu, bir ərazisi, bir məntəqəsi, bir fərdi, bir diplomatı zülmə məruz qalıb qətl olunarsa, o artıq İslam dünyasının qoşunu, öndəri, güc vahidi ilə üzbəüzdür. Peyğəmbər İslam ümmətinə bununla sahib çıxdı.  Onları zərbə altında qalmaqdan qurtardı. Əgər bu gün dünyanın hər hansı bir yerində müsəlmanlar sıxılırsa, təzyiqə məruz qalırsa, təhqir olunurlarsa, onun bir səbəbi var. Səbəb odur ki,  bunlar arxayındılar ki, 50-dən artıq dövlətə bölünən İslam ümməti kimsə müsəlmanlara peyğəmbər kimi öndərlik edib onların maraqlarını qorumağı öz üzərinə götürməyəcək. Kimsə onların uğrunda mübarizəyə girişməyəcək. Ona görə də, müsəlman ərazilərinə bu arxayınlıqla hücumlar olunur.  Amma peyğəmbərimiz bu cür deyildi.
 
O, bizə hürriyyət verdi, yol göstərdi, düşüncə tərzi verdi. Allah möminlərin üzərinə minnət (təşəkkürünün öhdəsindən gələ bilməyəcəyin yaxşılıq) qoydu. Onlara öz içlərindən bir peyğəmbər verdi. O, peyğəmbər ki, onların dünya və axirətlərin abad elədi. Əgər o peyğəmbərin əmrinə əsaslanaraq, sözünü özlərinə yol seçərək yaşayarlarsa,  onlar məğlub olmazlar.  O zaman ki, peyğəmbər Ərəbistan yarımadasında zühur elədi, Allahın səfiri olaraq gəldi və insanlara yol göstərdi, onları olduqları nöqtədən, çatdıqları nöqtəyə gətirdi. Yəhudi alimi bir dəfə müsəlmanlara qısqanclıqla baxaraq dedi: “Mən heç dözə bilmirəm, Heç təhəmmül edə bilmirəm bu kişinin bu insanlara verdiklərinə. Bunlar dünənə qədər çirkabın içində olan insanlar idilər. Ən kiçik şeylərə görə yüzillərlə döyüş edib qan tökürdülər. Üfunətli libaslar geyinib dolanırdılar. Amma peyğəmbər onları bu duruma çatdırdı. Onlar indi qüsul verirlər, dəstamaz alırlar, dişlərini təmizləyirlər, ağ geyinib ətirlənib məscid adlandırdıqları müqəddəs yerə gəlirlər və bir-biriləri ilə qucaqlaşıb görüşdükdən sonra danışdıqları mövzu artıq yerdən deyil. Bunlar meracdan, mələkutdan danışırlar. Bütün bunların hamısını peyğəmbər bunlara gətirib.  Biz bu gün belə bir bayramın ənənəsindəyik. Bu gün Allahın Rəsulunu bizim aramıza göndərdiyi, özü ilə bizim aramızda körpü qurduğu bir gündür. Həyatımızda bizə verilən ən ali töhfənin nə olduğunu özümüzdən soruşsaq, Allahın bizim ünvanımıza peyğəmbər göndərdiyi və bizi zəlalətdən qurtardığı günü deyə bilərik.” 

Google+ WhatsApp ok.ru