Hacı Vüqar İsgəndərov: “İŞİD vəhabiliyin görünməyən simasıdır, medalyonun tərs üzüdür”

Son dönəmlər dünya gündəminin ən ciddi mövzusu İŞİD terrorudur. Təkfirçi-vəhabi ideoloji bazası üzərində qurulmuş bu qurum 21-ci əsrdə də tarixi cinayətlərinə sələfilik edir. Ölkə mətbuatında da əsas gündəm mövzularından biri olan İŞİD terroru davam etdikcə, narahatlıqlar da səngimir. Son günlərdə isə Azərbaycanda bu cinayətlərə bəraət qazandırmaq cəhdləri meydana gəlib. Mövzu ilə bağlı ilahiyyatçı Hacı Vüqar İsgəndərov "Deyerler.org"un suallarını cavablandırıb:

 

- Yerli sələfi liderlərinin müsahibələrində İŞİD-ə bəraət qazandırmaq səyləri müşahidə olunur. Bunu necə dəyərləndirərdiniz?

 

- “Bismilləhir Rahmənir Rahim. Azərbaycandakı vəhabilərin (sələfilərin) aparıcı simalarının İŞİD-ə hər hansı yolla bəraət qazandırmasına təəccüblənmirəm. İŞİD bu əqidənin görünməyən simasıdır, medalyonun tərs üzüdür. Hər zaman demişik, vəhabilik məzhəb deyil ki, ona qarşı dözümlülük  göstərək. Vəhabilik terror təşkilatıdır və hər bir vəhabi potensial terrorçudur. Bu gün radikallığı qınayan vəhabi liderlərini səmimi qəbul etmirəm, təkfirçilik onların ruhuna hopub. Vəhabi liderlərindən Qamət Süleymanovun müsahibəsinə gəlincə, o da həmçinin səmimi deyil. Dəfələrlə öz dediklərini inkar edən, danan bir insandan bundan başqa bir şey də gözləmək sadəlövhlük olar. Həqiqət budur ki, sadə vətəndaş dini bilgisizliyi ucbatından vəhabiliyi qəbul edir. Hər bir sağlam düşüncəli insan kimi bu gün yüzlərlə vəhabi tapılar ki, İŞİD-i qınasın. Amma hadisələrin dərinliyində Qamətə dəstək olan, maliyyələşdirən, təhlükəsizliyinə zamin olan ərəb əmirləri ona yeni təlimat göndərəndə Qamət indi dediklərinin tam əksinə addım ataraq əlinə silah alıb baş kəsənlərin sırasına qoşulacaq. Bu gün İŞİD-ə maliyyə yardımı göstərənlər elə Azərbaycan vəhabilərini də maliyyələşdirirlər.

 

- Sələfi liderlərindən biri öz müsahibələrində şiələrə qarşı sanki bir donos yazmaq kimi fikirlər səsləndirib. "Şiəlikdə zalıma qarşı mübarizə aparmaq var. Bizdə yoxdur." Bunu necə dəyərləndirərdiniz?

 

- Zalım hakimə qarşı çıxmamaq fikirlərini oxuduqda, sadəcə gülümsədim. Onlara acıyıram. Onlar Kərbəla faciəsinə bəraət qazandırmaq üçün belə deyirlər. Onların fikrincə, Yezid (lən) də zamanın xəlifəsi idi və ona qarşı çıxmaqla İmam Hüseyn (ə) səhv etmişdir. Onların bu fikirlərinə də təəccüb etmirəm. Çünki zalım hakimə etiraz etmək bütün haqq məktəblərin, dinlərin, ideologiyaların qəbul etdiyi bir həqiqətdir. Vəhabilərin isə həqiqətdən nəsibləri yoxdur. Quranda Allah buyurur: "Zülm edənlərə meyl salmayın ki, cəhənnəm odu sizə yetişər və Allah qarşısında sizə dostlar tapılmaz, nəticədə sizə kömək olunmaz" - Hud surəsi 113. Zalıma qarşı barışmazlıq İslamın ruhudur, ədalətin əsasıdır. Vəhabilik İslamdan sayılmadığı üçün onlarda zalım hakimi dəstəkləmək əqidəsinin mövcudluğuna şübhə etmirəm.

Google+ WhatsApp ok.ru