Hacı Abgül Süleymanov karsa salınıb - SƏBƏB

Hacı Abgül Süleymanov karsa salınıb - SƏBƏB

İlahiyyatçı Hacı Abgül Süleymanov 11 saylı CÇM-də cəza kamerasına salınıb
 
11 saylı Cəza Çəkmə Müəssisəsində həbsdə olan ruhani Hacı Abgül Süleymanov dünən (6 mart) saat 18 radələrində cərimə kamerasına salınıb.
 
Bu barədə İslamazeri.az-a onun yaxınları məlumat verib.
 
Ehtimal edilir ki, ruhaninin cəza kamerasına salınmasına səbəb Şeyx Sərdar Hacıhəsənlinin həbsinə etiraz etməsi olub. 
 
CÇM-dən İslamazeri.az-a "Sizə bu haqda kim məlumat verib; belə bir şey və onlarda  bu haqda məlumat yoxdur" bildirilib.
 
Qeyd edək ki, ötən həftənin şənbə günü  "Abgulsuleymanov.com" saytında ruhani Hacı Abgül Süleymanovun həbsxanadan göndərdiyi məktubu yayımlanmışdı. Məktubda Şeyx Sərdar Hacıhəsənlinin namaz qıldığına görə həbs olunması pislənilib. Hacı Abgül Süleymanov hamını həbs edilən ruhaniyə dəstək verməyə çağırıb. /

Google+ WhatsApp ok.ru