Hacı Cavad məscidində Ərbəin mərasimi - FOTO

 Səfər ayının iyirmisi İmam Hüseynin (ə) şəhid edilməsinin 40-cı günüdür

Bu münasibətlə dünyada müsəlmanlar, o cümlədən Azərbaycanda yaşayan müsəlmanlar bu mərasimi böyük ehtiramla keçirirlər.
İslamazeri.az xəbər verir ki, belə mərasimlərdən biri də Bakıda Hacı Cavad məscidində baş tutub. Mərasimdə çıxış edən məscidin axundu, tanınmış ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov Ərbəin günü ilə bağlı geniş məlumat verib. O Əhlibeytin fəzilətlərindən söz açaraq bu haqda hədis və ayələr oxuyub.
Sonra mərasim iştirakçıları mərsiyələr oxuyaraq sinə vurublar.
 Sonra ehsan süfrəsi açılıb. /


 

Google+ WhatsApp ok.ru