Hacılara 1 milyon Quran paylanıldı

Hacılara 1 milyon Quran paylanıldı

Cari ilin Həcc mərasiminin ilk günlərindən indiyədək "Məscidul-Həram"ın mütəvəlliləri tərəfindən hacılara 1 milyon Qurani-Kərim nüsxəsi paylanılıb.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, Həcc mərasimi ərəfəsində Mədinə şəhərinin "Peyğəmbər Məscidi" (Məscidun-Nəbi) və müqəddəs Məkkə şəhərinin "Məscidul-Həram" ibadət ocaqları tərəfindən Allahın evinin ziyarətçilərinə xidmət çərçivəsində bütün hacılara Quran nüsxələri paylanılıb.
 
Zəvvarlara paylanılan Quran nüsxələri ilə yanaşı müxtəlif dillərdə tərcümə, təfsir və Bril əlifbası ilə Quranlar da paylanılıb.
 

Google+ WhatsApp ok.ru