Hacılara 7 milyon şüşə zəmzəm suyu paylanılacaq

Hacılara 7 milyon şüşə zəmzəm suyu paylanılacaq

Bu ilin Həcc mərasimi günlərində hacılara ZƏMZƏM bulağının suyundan hazırlanmış 7 milyon 500 min şüşə su hədiyyə ediləcək.
 
Maide.Az "İQNA"-a istinadən xəbər verir ki, Zəmzəm bulağının suyu ilə doldurulmuş su şüşələrinin paylanılmasını ZƏMZƏM kompleksinin idarə heyəti öz üzərinə götürüb. 
 
Zəmzəm suyu Məkkə şəhərinin bir neçə nöqtəsində, Cəddə şəhərində və hacıların Ərəbistana giriş nöqtələrində Həcc mərasimindən öncə və sonra hacılara paylanılır.
 
Suların paylanma işini Məkkə və Cəddə şəhərlərində 130 nəfər həyata keçirəcək. 
 
Qeyd edək ki, Zəmzəm quyusu Məkkə şəhərində Kəbə evinin yaxınlığında yerləşir. Hər iil milyolarla zəvvar Həcc əməllərini icra edərkən bu quyunun suyundan içirlər. Keçən il hacılara 3 milyon şüşə zəmzəm suyu paylanılıb.  
 

Google+ WhatsApp ok.ru