Hacıqabulda 11 nəfər saxlanılıb

Hacıqabulda 11 nəfər saxlanılıb

Hacıqabul rayonunda xüsusi əməliyyat keçirilib, 11 nəfər saxlanılıb. Onların hamısının əvvəllər məhkum olunmuş şəxslər olduğu bildirilir.
 
Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilir.
 
Nazirlik vurğulayır ki, odlu silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin daha da gücləndirilməsi məqsədilə DİN-in müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri həyata keçirib.
 
Nəticədə şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunmuş 11 nəfər saxlanıb:
"Baxış zamanı onların üzərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 "Makarov" tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb".
 
Həmin faktlar üzrə cinayət işlərinin qaldırıldığı, zəruri əməliyyat-axtarış və istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.
 
Saxlanan şəxslərin adları açıqlanmır. Onların, vəkillərinin və ya qohumlarının bu açıqlamaya münasibət bəlli deyil. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru