Hakerlər istifadəçiləri qulaqcıqlar vasitəsilə dinləməyə başlayıblar

Hakerlər istifadəçiləri qulaqcıqlar vasitəsilə dinləməyə başlayıblar

Əməliyyat sistemləri, şəbəkələr və ya konkret qurğuların sındırılması barədə xəbərlərin tez-tez yayılmasına baxmayaraq, bu dəfə hakerlər qulaqcıqlara müdaxilə etmək qərarına gəliblər.
 
“4PDA” “www.4pda.ru” resursuna istinadən xəbər verir ki, həvəskarlar qrupu “RealTek” audiokodeklərində vəzifələrin paylanması funksiyasını yerinə yetirən “Speake(a)r” adlı zərərli proqram təminatı yaradıblar. Kompüterlər üçün əksər ana platalar məhz bu istehsalçının audioçipləri ilə təchiz edilir. Hücuma məruz qalan kompüterin qulaqcıqlar üçün çıxışlarını məsafədən mikrofonun qoşulması üçün port kimi konfiqurasiya etmək və bunun sayəsində virusa yoluxmuş kompüterin ətrafında baş verənləri qulaqcıqlar ilə dinləmək olar.
 
Maraqlıdır ki, sınaqlar zamanı hakerlər "Sennheiser” qulaqcıqları ilə təxminən 6 metr məsafədə olan danışığı dinləyə biliblər.
 
Eksployt müəlliflərinin sözlərinə görə, insanlar bu boşluq barədə fikirləşmirlər. Kompüterin mikrofonu söndürülsə belə, qulaqcıqdan dinləmə üçün istifadə mümkündür.
 
Hazırda virus yalnız “RealTek” şirkətinin audiolu kompüterlərində sınaqdan keçirilib, lakin digər qurğuların da belə hücuma məruz qala bilməsi istisna edilmir. Qulaqcıqlardan istifadə edilmədikdə təhlükəsizlik baxımından onları söndürmək tövsiyə edilir. (ictnews) /

Google+ WhatsApp ok.ru