Hakerlər 267 milyon istifadəçinin şəxsi məlumatlarını əldə etdi – Facebook-da

Hakerlər 267 milyon istifadəçinin şəxsi məlumatlarını əldə etdi – Facebook-da

267 milyon Facebook istifadəçisinin şəxsi məlumatları Facebook-da yayılıb.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiyanın arxasında vyetnamlı hakerlər durur. Britaniyanın “Comparitech” şirkətinin məlumatına görə, internetdə istifadəçilərin akkauntlarının unikal identefikatorları, adları və telefon nömrələri yayılıb.
 
Bəzi fırıldaqçılar bu məlumatlardan spam və fişinq hücumları üçün istifadə edə, parol və kredit kartının nömrəsini əldə edə bilər.
 
Facebook rəsmi açıqlamasında həmin məlumatların bir neçə il əvvəl sızdırıldığını etiraf edib.
 

Google+ WhatsApp ok.ru