Hakimiyyət ATƏT-ə minnətçi düşüb

Azərbaycanın təşkilatdakı nümayəndə heyəti qurumun rəhbərliyinə müraciət edib

Nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək parlament seçkilərini izləməkdən imtina etməsi hakimiyyəti ciddi narahat edib. Xüsusilə ATƏT kimi təşkilatın seçkini izləməməsi iqtidarda ciddi təşviş yaradıb. Bu təşviş Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin bəyanatından da hiss olunur.
 
Bəyanatda Azərbaycan Daimi Şuradan ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etməkdən imtinası ilə bağlı tədbir görməsini xahiş edib. Azərbaycan tərəfiÿ ATƏT ÿDTIHB direktorunun qərarından sonra yaranan vəziyyətlə bağlı məlumat verib vəÿ ATƏT-in Serbiya rəhbərliyinə müraciət edib.
 
Bəyanatda bildirilib ki,ÿ ATƏT ÿDemokratik Təsisatlar və Insan Haqları Bürosunun direktoru mandatına uyğun olmayan şəkildə, məsləhətləşmələr aparmadan Azərbaycandakı seçkini müşahidə etməkdən imtinayla bağlı qərar qəbul edib. Azərbaycan tərəfi dialoq və məsləhətləşmələr vasitəsilə vəziyyətdən çıxış yolu tapılmasına ehtiyac olduğunu vurğulayıb: “Şuranın son iclasından bəri irəliyə doğru addım atılmaması təəssüf doğurur.ÿ ATƏT ÿinstitutunun mandatını pozması ÿATƏT-ə üzv dövlət kimi Azərbaycanın maraqlarına zərər vurur və təşkilat daxilində inam və etimada da zərbə vurduğu üçün cavabsız qalmamalıdır. Ona görə də bu, bütün iştirakçı dövlətlərin marağında olmalıdır. Eləcə də DTIHB mandatını pozduğuna görə müvafiq tədbirlər görülməlidir.ÿMəhz bu kontekstdə bizÿ ATƏTÿ Daimi Şurasına və sədrliyə müraciətimizi yeniləyir və ”ad hok” qrupun yaradılması da daxil olmaqla, Azərbaycan tərəfinin narahatlıqlarına diqqət yetirməyə, təcili addımlar atmağa çağırırıq. Belə edilmədiyi təqdirdə, bu, ÿATƏT-in dialoq və əməkdaşlıq ruhuna zərər vuracaq”.
 
Azərbaycan tərəfi öncə ATƏT-ə sayğısızlıq göstərsə də, daha sonra bu tip bəyanatla çıxış edir. Bəyanatın ruhundan görünür ki, hakimiyyət ATƏT-in, ümumiyyətlə, seçkini izləməməsindən narahatdır.
 
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Azadlıq"a bildirib ki, Azərbaycanın nümayəndəsinin bu bəyanatı əslində ATƏT DTIHB-nin ölkəmizdə seçkiləri baykot etməsi qərarından narahat olduğunu göstərir. F.Qəhrəmanlının sözlərinə görə, Azərbaycan ATƏT müşahidəçilərinin sayını 300-dən 36-ya qədər azalatmağı tələb edəndə məqsədi sonradan müşahidəçilərin sayınının azlığını bəhanə gətirib onların seçki ilə bağlı verdikləri yekun rəyi şübhə altına almaq idi: “ATƏT də bunu nəzərə alaraq seçkiləri müşahidə etməkdən imtina etdi. Əslində, Azərbaycan ATƏT-in belə reaksiya verəcəyini gözləmirdi. Iqtidar əmin idi ki, onun iradəsi qəbul ediləcək. Ancaq hakimiyyətin gözləntiləri alınmadı. ATƏT-in seçkiləri müşahidə etməkdən imtinası o deməkdir ki, seçklərin legitimliyini beynəlxalq birlik qəbul etməyəcək. Ona görə də Azərbaycan indi bu yolla təzyiq göstərərək, ATƏT-in seçkilərə müşahidəçi göndərməsinə nail olmağa çalışır”.
 
F.Qəhrəmanlı onu da xatırlatdı ki, ATƏT DTIHB-nin qərarı veriləndən sonra ABŞ-ın bu qurumdakı nümayəndəsi çıxış edərək, ATƏT-in qərarını müdafiə etdi. F.Qəhrəmanlı hesab edir ki, əslində bu, Azərbaycanın bu qrumdakı nümayəndəsinin iddia etdiyi kimi, qərarın heç də DTIHB direktorunun məsləhətləşmədən vermədiyini göstərir: “Bu qərar təşkilat daxilində formaşalşmış ümumi qənaəti əks etdirir və Azərbaycan hakimiyyətinin demokratiyanı boğmaq istiqamətindəki addımlarına verilən obyektiv reaksiyadır. Məhz ATƏT-in bu qərarından az öncə Avropa Parlamenti də qətnamə qəbul edərək Azərbaycandakı seçki saxtakarlığına görə ATƏT-i ölkəmizdəki seçkilrəri müşahidə etməkdən imtina etməyə çağırmışdı. Əslində bu fakt da ATƏT-in hazırkı mövqeyinin ümumən qrumun aparıcı Qərb dövlətlərinin mövqeyinin əks etdirdiyini deməyə əsas verir. Seçkiqabağı situasiyada heç bir dəyişiklik olmadığı üçün Azərbaycan nümayəndəsinin ”ad hok” qrupun yaradılması təşəbbüsü yəqin ki, qəbul edilməyəcək. Ona görə də iqtidarın ölkədə vəziyyəti dəyişmədən bu cür diplomtik təşəbbüslə çıxış etməsi nəticəsi olmayacaq bir mövqe kimi qiymətləndirilə bilər”.

Google+ WhatsApp ok.ru