Hakimiyyət ehtiyat valyutadan xərcləyir

Maide.az-ın məlumatına görə, "Bizim Yol" qəzeti yazır ki, neftin qiymətinin ucuzlaşması, dollar-avro kursunda kəskin dəyişmələr Azərbaycan Dövlət Neft Fondunun aktivlərinə təsirini göstərib. Bu ilin 3-cü rübünə dair məlumata görə, Neft Fondunun büdcə gəlirləri 5.5 milyard manat olub.Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır. Gəlirlərin azalması DNF-ni xərclərində ixtisarlar aparmasına məcbur edib.
 
«Bu ilin əvvəlindən neftin qiymətində ucuzlaşma davam edib. Azərbaycan neftinin 9 aylıq orta qiyməti 57 dollar olub. Halbuki büdcədə neftin baza qiyməti 90 dollardan hesablanıb. Bir tərəfdən «qara qızıl»ın ucuzlaşması, başqa tərəfdən hasilatdakı azalma Neft Fondunun büdcəsinin icrasında problemlər yaradıb. İlin 9 ayında büdcəsində 853 milyon manat kəsir yaranıb. Aktivlər 2.3 milyard azalıb».

Google+ WhatsApp ok.ru