Hakimiyyət sərbəst toplaşmaq üçün yerlər ayırıb

Hakimiyyət sərbəst toplaşmaq üçün yerlər ayırıb

-- 76 yer

 Martın 13-də hökumətyönlü KİV-lər ölkənin şəhər və rayonlarında vətəndaşların sərbəst toplaşması üçün ayrılan açıq və qapalı yerlərin siyahısını açıqlayıblar. Həmin 76 yer "Sərbəst toplaşma haqqında" qanuna uyğun olaraq ayrılıb, məlumatda deyilir.
 
Qeyd olunur ki, bu yerlər prezident seçkiləri ərəfəsində seçkiqabağı təşviqatın aparılması üçün ayrılıb.
 
Xatırladaq ki, hər seçki öncəsi hakimiyyət belə siyahı dərc edir. Ancaq müxalifət nümayəndələri bildirirlər ki, həmin yerlər seçicilərlə görüşlər keçirmək üçün əlverişli deyil.
 
Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək.
 
Hazırda dövlət başçısı postuna yeddi namizəd rəsmi qeydiyyata alınıb: prezident İlham Əliyev, parlamentin deputatları Zahid Oruc, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Xalq Cəbhəsi Partiyasından ayrılan Razi Nurullayev.
 
Seçkiqabağı təşviqat martın 19-da başlayacaq. (turan)
 
 

Google+ WhatsApp ok.ru