Bəqərə, 67. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allah sizə (naməlum şəxsin qatilinin kimliyinin bilinməsi üçün) dişi bir inək kəsməyinizi əmr edir». Dedilər: «Bizi məsxərə edirsən?!» Dedi: «Nadanlardan olmaqdan Allaha pənah aparıram». (Çünki, məsxərə etmək nadanların işidir).

Həzrət Məhəmməd (s) buyurur:
“Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”



HALAL RUZİMİZƏ HARAM QATMAYAQ!

Tarix : 08-08-2018 16:02

İslamın təkidlə vurğuladığı əsas göstərişlərdən biri də haram qazancdan üz çevirmək və halal ruzi qazanmaqdır.

Haram qazanc axirət əzabına səbəb olmaqla yanaşı, dünyada da acı təsirləri vardır. Məxsusən, ağır ötüşən və haram qazancların artdığı bu zəmanəmizdə iman əhli halal ruzi qazanmaq üçün diqqətli və tədbirli olmalıdır. “Qüdsi hədis”də belə oxuyuruq: “Həqiqətən, Allah-Taala yaratdıqları arasında ruzini halal şəkildə bölüşdürdü. Əgər bir kəs haramla qidalanarsa, bir o qədər halaldan məhrum olacaq və qiyamət günü də ağır cəzalara məruz qalacaq.” (“Üsuli-kafi”, (Darul-hədis) 9-cu cild, səh.547.)

Bir gün gələcək ki, adətən, yemək, içmək, geymək və digər gündəlik tələbatımıza xərc çəkdiyimiz qazanc, onun haradan qazanıldığı və hara xərclənildiyi haqda sorğu-suala tutulacağıq. Kaş insan həmin günü unutmayaydı:

يَوْمَ‏ تَأْتي‏ كُلُ‏ نَفْسٍ‏ تُجادِلُ‏ عَنْ‏ نَفْسِها وَ تُوَفَّى كُلُّ نَفْسٍ ما عَمِلَتْ وَ هُمْ لا يُظْلَمُون‏

“(Yadınıza salın ki,) o gün (qiyamət günü) hər kəs öz canının hayında olacaq, hər kəsə əməlinin əvəzi veriləcək və onlara heç bir haqsızlıq edilməyəcək!” (“Nəhl” surəsi, ayə 111.)

Haram qazancla dolanan insanın o gün vəziyyəti ağır olacaq:

خاشِعَةً أَبْصارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ذلِكَ الْيَوْمُ‏ الَّذي كانُوا يُوعَدُونَ

Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd olunmuş həmin qiyamət günüdür!” (“Məaric” surəsi, ayə 44.)

Qurani-Kərimin vəd etdiyi o günü xatırlamalı, o gündən qorxmalı, haram qidadan çəkinməli, özümüz və əhli-əyalımız üçün halal ruzi qazanmalıyıq!

HARAM MALDA BƏRƏKƏT OLMAZ

İmam Hadi (ə) buyurur:

إِنَ‏ الْحَرَامَ‏ لَا يَنْمِي‏ وَ إِنْ نَمَى لَا يُبَارَكُ لَهُ فِيهِ وَ مَا أَنْفَقَهُ لَمْ يُؤْجَرْ عَلَيْهِ وَ مَا خَلَّفَهُ كَانَ زَادَهُ إِلَى النَّارِ

“Haram mal artmaz və əgər artarsa, heç vaxt bərəkəti olmaz. Əgər həmin maldan Allah yolunda xərc çəkilərsə, savab verilməz və həmin maldan onun sahibinin ölümündən sonra çəkilən xərc axirətdə onun əzabını artırar.” (“Üsuli-kafi”, 5-ci cild, səh.125.)

Bizim zamənəmizdə qeyri-halal malın nümunələri olduqca çoxdur, o cümlədən; xüms və zakt verməyən şəxsin malı, rüşvət, sələm, saf mal adı ilə qatqılı mal satmaq və s. Bu sayaq malların cəmiyyət arasında rəvac tapması acı nəticələrlə, xüsusən də, bərəkətsizliklə sonuclanır.

XƏBƏRDARLIQ SİQNALI

İmam Əli (ə) məmurlarından birinin “beytül-mal”ın (ümumi gəlir) xərcində ədalətsizliyə yol verdiyi haqda məlumat əldə etdikdə, onu danlayır və hesabat verməsini tələb edir:

فَقَدْ بَلَغَنِي عَنْكَ أَمْرٌ إِنْ كُنْتَ فَعَلْتَهُ فَقَدْ أَسْخَطْتَ رَبَّكَ وَ عَصَيْتَ إِمَامَكَ وَ أَخْزَيْتَ أَمَانَتَكَ بَلَغَنِي أَنَّكَ جَرَّدْتَ الْأَرْضَ فَأَخَذْتَ مَا تَحْتَ قَدَمَيْكَ وَ أَكَلْتَ مَا تَحْتَ يَدَيْكَ فَارْفَعْ إِلَيَّ حِسَابَكَ وَ اعْلَمْ أَنَّ حِسَابَ اللَّهِ أَعْظَمُ مِنْ حِسَابِ النَّاسِ

“Mənə səndən bir iş barəsində xəbər çatıb ki, əgər onu etmisənsə, Rəbbini qəzəbə gətirmiş, İmamına qarşı itaətsizlik etmiş və əmanətini xar etmisən. (Öz işində xəyanət etmisən və artıq, hakimlik ləyaqətini itirmisən.) Mənə (xəbər) çatıb ki, sən yeri silib-süpürmüsən. (Ağac və əkinəcəklərin məhsullarını özün üçün götürmüsən və rəiyyətə bir şey verməmisən.) Sonra ayaqlarının altında olan hər bir şeyi götürmüsən və əllərində olanı yemisən. (Beytül-malı özün üçün yığmısan.) İndi öz (mədaxil və məxaricinin) hesabını mənə göndər və bil ki, Allahın (qiyamət günü) hesabatı xalqın hesab-kitabından daha böyükdür.” (“Nəhcül-bəlağə”, 40-cı məktub.)

Bu məktubun qarşı tərəfi müəyyən fərd, başqa sözlə, məmurlar və məsul vəzifəli şəxslər olsa da, unutmamalıyıq ki, hamımız bu xitaba şamilik.

Rza Şükürlü (Maide.az)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:23
05:53
12:45
19:51
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

17-08-2018 18:35