`Halal` qidaları tanıtdıracaq serial çəkiləcək

`Halal` qidaları tanıtdıracaq serial çəkiləcək

Malayziyada halal yemək haqqında bir televiziya serial çəkiblər. 
 
Maide.Az xəbər verir ki, filim "Halal Qurman" adlanır.
 
Bu film Malayziyanın məşhur komediya aktyoru Zak Papinin iştirakı ilə çəkilib. Serialın mahiyyəti ondan ibarətdir ki, baş qəhraman Asiyanın müxtəlif ölkələrinə səyahət edərək, ən yaxşı halal qidanı müəyyən edəcək. 
 
Planlaşdırılır ki, filimin birinci mövsümü 8 seriyadan ibarət olsun. Onların hər biri də ayrı-ayrı ölkələrə həsr olunacaq.
 
37 yaşlı aktyor bildirir ki, bu tip filim hələ heç bir ölkədə çəkilməyib. Eyni zamanda, o bildirir ki, bu tip filimlər insanlar arasında "halal qida" məlumatlını daha da artıracaq. /

Google+ WhatsApp ok.ru