Hamilə qadının xərcləri

Hamilə qadının xərcləri

"Bizim Yol" qəzetində "Sağlam uşaq özü ağırlıqda pul tələb edir" sərlövhəli məqalədə hamiləlik dövründə qadınların xərcləri göz önünə gətirilir.
 
Müəllif yazır ki, müəyyən patoloji problemlər yaranmamasından ötrü hamiləliyin müxtəlif dönəmlərində analizlər verilməsi olduqca vacibdir: "İndi uşaq dünyaya gətirmək heç də asan deyil. İstər müayinələrin çoxluğu, istər həmin zaman keçirilən stress, istərsə də qiymətlər bu prosesi daha da çətinləşdirir", -deyə hamilə qadınlardan biri qəzetə bildirib.
 
Hamilə xanım müayinə məqsədilə klinikalardan birinə getdiyini, amma razı qalmadığını deyib: "Tanışlarımın məsləhəti ilə özəl klinikaların birində çalışan ginekoloqa müraciət etdim. İlkin müayinə və analizlər birlikdə 220 manat tutdu".
 
Hamilə xanım deyib ki, müəyyən müddət sonra yeni analizlər verilməlidir. Qiymətlər yüksək olsa da, körpənin sağlamlığından ötrü vacibdir: "Doğuş normal olsa, təxminən 1000 manat, hər hansı problem yaransa və qeysəriyyə əməliyyatı keçirəsi olsam, 1200-1300 manat ödəməli olacağam".
 
Yazıda qeyd edilir ki, dövlət doğum evlərində pulsuz xidmət mövcuddur. Halbuki, orada da xərcə düşürsən. Bu dəfə söhbət həkimlərə "hörmət etmək"dən gedir. /

Google+ WhatsApp ok.ru