Hamının gülüş obyektinə çevrilmiş cəza rəsmən ləğv edilir

Hamının gülüş obyektinə çevrilmiş cəza rəsmən ləğv edilir

-- Sürücülərin söhbət etməsinə görə cərimələnmə maddəsi qanunvericilikdən çıxarılır

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə cəzanı nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır.
 
Bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur.
 
Belə ki, məcəllədən 342.1.2 maddəsi çıxarılır.
 
Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.
 
Layihədə bildirilib ki, təcrübədə bu maddə tətbiq olunmur, ona görə də məcəllədən çıxarılır.
 
Layihə noyabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.(faktxeber)
 

Google+ WhatsApp ok.ru