Hamı taksi sürücülərini tanıyacaq

Hamı taksi sürücülərini tanıyacaq

Bir müddət sonra hamı avtomobilinə oturduğu taksi sürücülərinin kimliyini əvvəlcədən biləcək.
 
Maide.Az bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Milli.Az -a deyib. 
 
Şöbə müdiri qeyd edib: "Yeni Bakı Nəqliyyat Konsepsiyasına uyğun olaraq taksi xidməti göstərən fərdi sahibkarların idarə etdiyi avtonəqliyyat vasitələrində sürücünün əyləşdiyi oturacağın arxasında sürücünün adını, soyadını və hər hansı şikayət olacağı təqdirdə sərnişinin müraciət edə biləcəyi "qaynar xətt"in nömrəsini əks etdirən lövhə olacaq".
 

Google+ WhatsApp ok.ru