`Haniyə: Fələstin xalqının tələbləri bazarlıq müzakirəsi deyil`

Həmas Siyasi Bürosunun başçı köməkçisi İsmayıl Haniyə İsrailin Qəzzaya hücumunda əldə edə bilmədiyini siyasət meydanında əldə edə bilməyəcəyini söyləyib.
 
Maide.az-ın məlumatına görə, Haniyə, "Həmas nümayəndələri və heyətdəki digər üzvlərin Fələstinin birliyini zəmanət altına alan və Qəzzadakı böyük fədakarlıqları görməzlikdən gəlməyən barışcıl ruha sahibdir" söyləyib. 
 
Haniyə daha sonra deyib: "Bütün siyasi addımları müəyyənləşdirərkən ciddi şəkildə düşünürük. Türkiyə və Qətərdəki dostlarımızla görüşdük. Hazırda hücumları dayandırmaq və haqsız mühasirəni qaldırmaq üçün heyətimiz Misirdədir. Fələstin heyəti xalqının haqq tələblərinə bağlıdır və Fələstinin haqları mövzusunda bazarlıq etməyəcək."

Google+ WhatsApp ok.ru