Hansı rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək? - Operativ Qərargah açıqladı

Hansı rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək? - Operativ Qərargah açıqladı

Lənkəran şəhəri və Samux rayonunda xüsusi karantin rejimi tətbiq olunmayacaq

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
 
Maide.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmçinin, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:
 
25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;
 
1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək;
 
Bundan başqa, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.
 

Google+ WhatsApp ok.ru