Hansı vərdişlər sizi xərçəng, insult və infarktdan xilas edəcək?

Hansı vərdişlər sizi xərçəng, insult və infarktdan xilas edəcək?

Beynəlxalq tədqiqatçılar qrupu, yaşlandıqda xroniki xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldan dörd vərdiş müəyyənləşdiriblər. Üstəlik, onlardan ən azı ikisinə riayət edənlər, bir qayda olaraq, həmyaşıdlarından 10 il daha uzun yaşayırlar. Bundan əvvəl müstəqil olaraq Hollandiya və Amerika alimləri də oxşar nəticələrə gəlmişdilər.
 
Maide.Az "RİA novosti"ə istinadla xəbər verir ki, Tibb İnstitutu və Milli Tədqiqat Şurası (ABŞ) müəyyən vərdişlərə yiyələnərək, adi haldan təxminən 14 il daha uzun yaşaya biləcəyinizi müəyyən edib.
 
Söhbət ciddi xroniki xəstəlikləri olmayan aktiv qocalıqdan gedir.
 
Müəlliflər otuz il ərzində peşəkar həkimlərin sorğusunu araşdırıblar: Tədqiqati 30 - 75 yaş arasında 78 min qadın və 45 min kişi üzərində aparılıb. Artıq 42 mindən çox insan ölmüşdür (ilk məlumatlar 1979-cu ilə təsadüf edir). 70 yaşdan az yaşayanlar, bir qayda olaraq, siqaret çəkən, içki içən və ya artıq çəkidən əziyyət çəkənlərdir.
 
Əlli yaşdan sonra tədqiq olunanlar orta hesabla təxminən 25 il (kişilər) və 29 il (qadınlar), sağlam həyat tərzi sürənlər müvafiq olaraq 37 və 43 il yaşamışlar. Həmçinin ikincilər ürək-damar xəstəliklərindən 82 faiz daha az, xərçəngdən 65 faiz daha az ölmüşdürlər.
 
Sağlam həyat tərzi dedikdə alimlər düzgün bəslənmə, siqaretdən və içkidən imtina, çəkiyə nəzarət və fiziki aktivliyi nəzərdə tutur.
 
Mütəxəssislər yüz minə yaxın insanın sağlamlığını və ömrünü araşdırmış və vərdişlərin ürək-damar xəstəliyi, xərçəng və 2 tip diabetin inkişaf riski ilə birbaşa əlaqəli olduğunu müəyyən etmişlər. Beləliklə, siqaretdən, spirtli içkilərdən və zərərli qidalardan imtina edənlərin uzun müddət yaşamaq və bu xəstəliklərin heç birinə tutulmamaq şansları var.
 
Sağlam həyat tərzi sevənlər arasında, bir qayda olaraq, ilk xroniki xəstəlik 84 yaşında aşkar edilmişdir. Sağlam həyat tərzi sürməyənllər isə müvafiq olaraq 73.7 və 73 yaşlarında diabet xəstəsi, xərçəng xəstəsi olurlar.
 
Beynəlxalq alimlər qrupunun fikrincə, qocalıqda sağlam olmaq və mümkün qədər uzun müddət yaşamaq üçün çəkiyə nəzarət etmək və üç qaydadan ən azı ikisinə riayət etmək - siqaret çəkməmək, spirtli içki qəbul etməmək və mütəmadi olaraq idman etmək kifayətdir.
 
Bu zaman insanın diabet, xərçəng, ürək-damar sistemi və tənəffüs yollarının xəstəliklərinin nə olduğunu bilmədən yetmiş yaşa qədər yaşamaq üçün böyük şansı var.
 
Ancaq amerikalı tədqiqatçılar xəbərdarlıq edir ki, çox uzun bir ömür yaşamağa çox ümid bəsləməyin. Hətta sağlam bir həyat tərzinə sadiq qalaraq və yüksək keyfiyyətli qidalardan istifadə etməklə bir insanın 115 ildən artıq müddət yaşaması mümkün deyil. Alimlər dörd inkişaf etmiş ölkədə - ABŞ, İngiltərə, Yaponiya və Fransada ömür uzunluğu ilə bağlı məlumatları təhlil edərək uzunömürlülüyün təbii məhdudiyyətləri olduğu qənaətinə gəliblər. Onlar canlı bir orqanizmin yaranmasının genetik proqramlaşdırılmış mərhələləri ilə əlaqələndirilir: doğuş, inkişaf, çoxalma, qocalma və ölüm. Buna görə, fenomenal uzunömürlülük üçün sadəcə sağlamlığa qayğı göstərmək kifayət olmaya bilər.

Google+ WhatsApp ok.ru