Hanı o iş yerləri?

Hanı o iş yerləri?

-- Əmək nazriliyinin relyasiyasının arxasında nə gizlənir?

"Novoye Vremya" qəzetində "Əmək nazriliyinin relyasiyasının arxasında nə gizlənir?" (http://novoye-vremya.com/w125867/.../#.WsZiCIhubIU0) sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif ölkədə işsizliklə bağlı məsələni müzakirə müstəvisinə çıxarır və deyir ki, bu barədə rəsmilərin bütün açıqlamalarına baxmayaraq problem aktuallığını hələ də itirmir.
 
Müəllif bu məsələ ilə bağlı hökumətin nikbin məlumatlarına şübhə ilə yanaşır: "Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri bildirib ki, bu ilin iki ayı ərzində 27530 nəfər işlə təmin edilib. Eyni zamanda 28419 gənc peşə tədbirlərinə cəlb ediliblər. Bunula yanaşı həm də 2 min şəxsə kiçik bizneslərini qurmağa kömək ediblər. Belə çıxır ki, onlar gündə 500 adamı işlə təmin ediblər, 600 nəfəri kürslara göndəriblər. Azərbaycan üçün kifayət qədər yüksək rəqəmlərdir".
 
Yazı müəllifi vurğulayır ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin göstəricilərilə üst-üstə düşmür: "Belə ki, komitənin göstəricilərinə görə, 2017-ci ilin fevralında ölkədə 1514 min muzdlu çalışıb. 2018-ci ilin fevralında isə onların sayı 1508,4 min nəfər olub.Başqa sözlə bir ildə muzdlu işçilərin sayı 5,6 min nəfər azalıb".
 
Müəllif vurğulayır ki, belə halda bu 23 min nəfərin "harada qaldığı" məlum olmur, üstəlik işçi sayının azalması ilə müşayiət olunan ixtisarların 2017-ci ildə də davam etdiyi üzə çıxır:
 
Müəllif deyir ki, işsizlərin sayının işlə təmin olunanların sayını üstələməsi nazirliyin öz məlumatlarında da təsdiqini tapır.
 
Müəllif iddia edir ki, rəqəm saxtakarlığı regionlarda da özünü göstərir: "Məs, Qəbələ Rayon İcra Hakimiyyəti əmək birjasına 1280 nəfərin müraciət etdiyini deyir, halbuki işi olan adamın birjaya müraciət etməsi şühbəlidir. Müraciət əsasında 828 nəfər "iş axtaran" statusu alıb, adətən işi olan adam bu statusu ala bilməz. 452 nəfər işlə təmin edilib, 53 nəfər "işsiz" statusu alıb, qalan 776 nəfərlə bağlı məlumatlar statistikaya daxil edilməyib".
 
Müəllif hesab edir ki, Bakida supermarketlər şəbəkəsi genişlənir, işçi sayını artırır, amma bu digər kiçik mağazaların bağlnması ilə "kompensasiya" edilir.
 
Müəllifə görə, 2017-ci ildə tikinti də elə ciddi sürət götrüməyib ki, çox insanı işə cəlb etməyə əsas olsun.
 
Buna görə də müəllif belə bir situasiyada ölkədə 100 minlərlə iş yerindən danışmağın anlaşılmaz olduğunu deyir və Qəbələdə işsizlərin ancaq 36%-nin iş ala bilməsini bu əsassız danışğın təsdiqi sayır.
 
Müəllif həm də bu hesablamaların necə aparılmasının özünü bir müəmma adlandırır.(contact.az)
 

Google+ WhatsApp ok.ru