Haradadır Rəcəb əhli?

Haradadır Rəcəb əhli?

Allah-Taala Öz rəhmət və hikmətinə əsasən, ilin bəzi ayları və günlərinə müqəddəslik və xas imtiyazlar bəxş etmişdir ki, bəndələri həmin aylar və günlərdən layiqincə bəhrələnsin, Öz Rəbbinə doğru seyrində sürətini daha da artırsınlar. Həmin aylardan biri də mübarək Rəcəb ayıdır.

Rəcəb ayı ilə bağlı nəql olunan müxtəlif rəvayətlərdə bu ayın fəzilət və qüdsiyyəti diqqəti daha çox cəlb edir. Məxsusən, İmam Sadiqdən (ə) bizə çatmış bir töhfədə bu məsələ açıq-aydın belə buyurulur:

إذا كان يوم القيامة نادى مُنادٍ من بطنان العرش: أينَ الرَّجبيّون؟ فيقوم أُناسٌ تُضيء وجوههم لأهل الجَمْع، على رُؤوسهم تِيجان المُلك مكلّلة بالدُّر والياقوت، مع كلّ واحدٍ منهم ألف مَلك عن يمينه، وألف مَلك عن يساره، ويقولون هنيئاً لك كرامة الله عزّ وجلّ يا عبدَ الله، فيأتي النداء مِن عند الله جلَّ جلالُه: "عبادي وإمائي، وعزّتي وجلالي لَأُكرِمنّ مَثواكم، ولَأُجزِلنّ عطاياكم، ولَأُوتينَّكُم من الجنَّة غُرَفاً تجري من تحتها الأنهار خالدين فيها، ونِعْمَ أَجْرُ العاملين، إنّكم تطوَّعتم بالصَّوْم لي في شهر عَظَّمَتُ حُرْمته وأَوجبتُ حقَّه. ملائكتي، أدخِلوا عبادي وإمائي الجنّة" هذا لِمَن صام مِن رجب شيئاً ولو يوماً واحداً في أوّله، أو وَسَطِه، أو آخره

“Qiyamət günü (ilahi) carçı ərşin daxilindən fəryad edib deyər: “Haradadır Rəcəb əhli (Rəcəb ayını əziz tutan və ondan layiqincə bəhrələnənlər)?!” Bu zaman çöhrələrinin nuru Məhşərdəki insanları işıqlandıran bir zümrə ayağa qalxar. Onların başına “dürr və yaqut” tacı qoyular, hər birinin sağ tərəfində min mələk, sol tərəfində də min mələk duraraq, Allah tərəfindən kəramətə sahib olduqları üçün təbrikə layiq görülərlər. Bu zaman Allah-Taala tərəfindən bir nida gələr: “Mənim bəndələrim və kənizlərim! İzzət və cəlalıma and olsun ki, sizə uca məqam, çoxlu əta verəcək, sizi altından çaylar axan bir hücrədə məskunlaşdıracağam və siz orada əbədi olaraq qalacaqsınız. Əməl edənlərin mükafatı necə də gözəldir! Həqiqətən, siz mənim ehtiramını böyük qərar verdiyim və haqqını vacib etdiyim bir ayda könüllü olaraq oruc tutdunuz.” (Sonra mələklərə xitabən buyurar:) “Ey Mənim mələklərim! Bəndə və kənizlərimi Behiştə daxil et...!” (Burada İmam Sadiq (ə) buyurdu:) “Bu savab Rəcəb ayından bir gün belə – ayının əvvəli, ya ortası, ya da axırında oruc tutan şəxsə əta olunacaqdır! (Rovzətul-vaizin, c.2, səh.401.)

Bu şərif hədis bəşərin hidayəti, doğru yolda addımlaması və ilahi lütflərdən bəhrələnməsi üçün Allah-Taalanın şövqünü gözəl şəkildə  bəyan edir.

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru