Hariri yenidən namizədliyini irəli sürdü

Hariri yenidən namizədliyini irəli sürdü

-- Onun bu qərarı prezident Mişel Avnın razılığınl aldıqdan sonra...

Livan Baş naziri Saad Əl-Hariri növbəti seçkilərdə də namizədliyini irəli sürəcək.
 
Maide.Az "NTV Türkiyə"yə istinadən xəbər verir ki, bu barədə "Əl-Jadeed" kanalı məlumat yayıb.
 
Son iki seçkidə baş nazir seçilən Haririnin postunu tərk etmək niyyətində olmadığı bildirilir.
 
Onun bu qərarı prezident Mişel Avnın razılığınl aldıqdan sonra verdiyi qeyd olunub.
 
Qeyd edək ki, Livanda baş nazirim sünni olması tələbi var. Hariri də sünni qruplar içində ən güclü namizəd olaraq göstərilir.
 
Bundan başqa, prezident xristian, Təmsilçilər Məclisimin sədri isə şiələrdən seçilir. Parlamentdəki 128 mandat da müsəlmanlar və xristianlar arasında bərabər bölünür.

Google+ WhatsApp ok.ru