Harvard Universitetində bomba həyəcanı - FOTO

Dünya təhsil reytinqində 2-3 yerləri bölüşdürən Harvard Universitetində bomba həyəcanı yaşanıb.

Maide.az xəbər verir ki, bu gecə (Bakı vaxtilə 02.00 radələrində - red.) universitetə təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə təlim keçmiş itlər bomba araşdırmaları aparıb. Ərazi xüsusi təyinatlılar və polis əməkdaşları tərəfindən nəzarətə götürülüb, təhsil müəssisəsinin kampusu havadan helikopterlə müşahidə olunur. Bomba axtarılan əraziyə giriş tamamilə bağlanılıb.

ABŞ-ın Massaçusest ştatında yerləşən Harvard Universitetinin 4 binası təcili boşaldılıb.  Təxliyə edilən binalara Elmi-Tədqiqat Mərkəzi,  Şimal, Emerson və Tayer binaları aiddir. Harvard Universitetinin açıqlamasına görə, tanınmış təhsil müəssisəsinin tələbə və müəllim heyəti sadalanan binalardan uzaqlaşdırılıb.

Xatırladaq ki, Harvard Universitetinə universitet ərazisində bomba olması barədə xəbərdarlıq edilib. Bu barədə tanınmış universitet özü rəsmi açıqlama yayıb. Hazırda axtarış işləri davam etdirilir./

 

 

Google+ WhatsApp ok.ru