Hava Limanında Azad İqtisadi Zona yaradılacaq

Hava Limanında Azad İqtisadi Zona yaradılacaq

Heydər Əliyev Beynəlxalq Hava Limanında Azad İqtisadi Zona yaradılacağı bildirilir.

Bu haqda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov oktyabrın 10-da Bakıda keçirilən Caspian Air Cargo Summit 2017 VII Beynəlxalq konfransında çıxış edərək, bildirib.
 
AZƏRTAC-ın xəbərinə görə, C.Əsgərov deyib ki, layihənin icrasından ötrü qanunvericilik bazası, artıq təsdiq edilib. Hazırda onun icrası ilə bağlı tədbirlər planı hazırlanır.
 
C.Əsgərov, həmçinin, AZAL-ın öz təyyarə parkını genişləndirməkdə olduğunu, hazırda 4 ədəd “Boeing 787 Dreamliner” və 2 ədəd “Boeing 747-8 F” tipli təyyarələrin alınması üzrə hazırlıq işlərinin aparıldığını qeyd edib.
 
Təyyarələrin alınmasına dair müqavilələrin bu ilin sonuna kimi imzalanacağı planlaşdırılır.
 
VII Beynəlxalq “Caspian Air Cargo Summit 2017” konfransında dünyanın bir çox şirkətlərinin rəhbərləri və əsas menecerləri iştirak edir.
 
Onlar yükdaşıma sahəsinin inkişaf yollarını müzakirə edirlər.
 

 

Google+ WhatsApp ok.ru