İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər. Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər.
"Bəqərə" surəsi, ayə 8-9

Allahın Peyğəmbəri(s):«Mənim ümmətim üçün arzu rəhmətdir. Əgər arzu olmasaydı heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi.»



Hava proqnozu mobil siqnalların təhlili əsasında veriləcək

Tarix : 12-07-2017 17:51

Sinoptiklər 2020-ci ilədək mobil telefon siqnallarından istifadə etməklə yağıntının miqdarını proqnozlaşdıra biləcəklər. Yeni texnologiyadan Böyük Britaniyanın Meteorologiya Xidməti (Met Office) istifadə etməyi planlaşdırır.
 
Maide.İnfo “ICTnews”-a istinadən xəbər verir ki, texnologiya bu prinsip üzrə işləyir: mobil rabitə qüllələrinin ötürdüyü yüksəktezlikli radiodalğaları havada yağış damcıları udur. Bu isə o deməkdir ki, siqnal səviyyəsi qüllələr arasında düşən yağıntının miqdarından asılı olaraq dəyişir. Bu məlumatlardan istifadə edən sinoptiklər kiçik ərazilər üçün havanı izləyərək proqnoz verə biləcəklər. Ekspertlərin sözlərinə görə, proqnozun dəqiqliyi 2020-ci ildə Britaniyada “5G” mobil rabitə şəbəkəsi istifadəyə verilən zaman maksimum səviyyəyə çatacaq.
 
Meteoroloji xidmətin elmi əməkdaşı Malkolm Kitçin bildirib ki, yeni “5G” şəbəkəsi daha yüksək baza stansiya sıxlığına və daha yüksək tezliklərə malik olacaq. “Bu, bizə yağıntının miqdarı barədə ətraflı məlumat verə bilər”, - o vurğulayıb.
“Met Office” mütəxəssisləri yeni üsuldan ənənəvi meteoroloji stansiyalara əlavə qismində istifadəni planlaşdırırlar. Həmçinin, onlar gələcəkdə avtomobillərdə temperatur cihazlarının topladığı informasiyadan yararlanmağı ümid edirlər.
 
Qeyd edək ki, hazırda sinoptiklər dünyada yerləşən meteostansiya şəbəkəsindən daxil olan informasiyanı yığmaqla məşğuldurlar. Lakin ortamüddətli proqnozların (36 saatdan 1 sutkayadək) dəqiqliyi 65 faizə yaxındır. /


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:08
06:28
12:33
18:51
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.