Hava ilə əlaqədar yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ 16 Yanvar 2019 14:11 Ölkə Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Maide.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır. Bununla bağlı bütün tədbirlər təxirə salınır. Teqlər : #Hava,#ilə,#əlaqədar,#yanvarın,#və,#18də,#məktəblərdə,#dərs,#olmayacaq,#ƏMR,#VERİLDİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Son onilliklərdə Azərbaycanda ən yüksək əhali artımı Abşeron iqtisadi rayonunda baş verib Sabahın hava proqnozu açıqlanıb - XƏBƏRDARLIQ