Havaların kəskin dəyişməsi kənd təsərrüfatında fəsadlara yol açdı

Havaların kəskin dəyişməsi kənd təsərrüfatında fəsadlara yol açdı

"Modern.az"da "Havaların kəskin dəyişməsi kənd təsərrüfatında fəsadlara yol açdı" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif son iki gündə havaların kəskin dəyişməsi və kənd təsərrüfatının müxtəlif sahələri üçün ciddi risk amili yaratmasını Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli ilə gündəmin müzakirəsinə daşıyır.
 
N. Nəsirli bunu "bitkilər üçün stress amilləri" adlandıraraq ayrı-ayrı sahələr üzrə müşahidə olunan faktiki vəziyyəti açıqlayıb.
 
Ekspert deyir ki, mövsümün bu çağında yağıntıların düşməsi nəticəsində havada nəmlik normasının artması meyvəçilikdə, xüsusən alma ağacları üçün təhlükəli xəstəlik olan "dəmgil"in aktivləşməsinə səbəb olur, gilasa da mənfi təsir göstərir. "Ağacın üzərində qalan, yığılmamış gilasa yağış dəyərsə, çatlama əmələ gəlir və məhsulun əmtəə görünüşü itir", ekspert idiki halda kəskin hava dəyişməsinin meyvəçiliyə təsirini bildirir.
 
N.Nəsirlinin deməsinə görə, xəstəliyə qarşı əlavə kimyəvi mübarizə tədbirləri məhsula çəkilən xərcləri də yüksəldir, üzümçülükdə isə temperaturun qəflətən yüksəlməsi üzüm tinglərində su balansını pozur, qarsılma halları yaradır, gilələrdə büzüşmələr əmələ gətirrlməsinə səbəb olur, sonda bu da məhsulun keyfiyyətinə mənfi təsir göstərir.
 
Ekspert deyir ki, hava şəraitinin kəskin dəyişməsi əkinçilikdə - xüsusilə biçində ciddi fasilələr yaradır: "Tam yetişərək biçilmə mərhələsinə çatmış taxıl sahələrində yatma, dən tökülməsi kimi fiziki itkilərə gətirib çıxarır. Mövsümi becərmə işləri gedən qarğıdalı, şəkər çuğunduru sahələrində güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti bu da sahədən əldə olunan məhsuldarlığı aşağı salır".
 
N.Nəsirli belə hava şəratinin tərəvəzçiliyə mənfi təsirləri barədə deyir ki, açıq sahədə salınmış bitkilərdə çiçəklərin tökülməsi, əzilmə, aşma kimi hallar yaradaraq məhsulun əmtəəlik qabliyyətini aşağı salır.
 
Ekspertin firkincə, belə hava şəraiti yeganə heyvandarlıq sahəsı üçün olduqca əlverişli sayılır.
 
"Hazırda müşahidə olunan hava iri və xırdabuynuzlu heyvanlarda, eyni zamanda quşçuluqda ideal sayılır. Heyvanlarda bədən temperaturunun aşağı düşməsi nəticəsində yemin həzmə gediciliyi artır, heyvan daha iştahla yeyir və özünü bir növ komfortlu hiss edir", -eskpert bu hava şəraitinin heyvandarlığa müsbət təsrini dəyərləndirir.
 

Google+ WhatsApp ok.ru