Havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq edildi 22 Fevral 2021 12:40 Ölkə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Şimal-qərb küləyi əsəcək, 18-23, arabir 25-30, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 0-5 dərəcə şaxta olacağı gözlənilir. Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacağı ehtimal olunur. Fevralın 23-ü axşam Azərbaycanın şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, 18-23, ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, aran rayonlarında 3-8, dağlıq rayonlarda 15-20 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Teqlər : #Havanın,#kəskin,#dəyişəcəyi,#barədə,#xəbərdarlıq,#edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran və Azərbaycan birlikdə 2 SES-in tikintisini davam etdirəcək Bu hallarda sizi işdən çıxara bilməzlər- RƏSMİ AÇIQLAMA
Elektrik, su və qaz sayğaclarında problemlərin aradan qaldırılması ilə bağlı qanunlara dəyişiklik edilir