Hava xəbərdarlığı edildi

İyunun 29-da əsəcək güclü külək iyunun 30-da daha da şiddətlənəcək

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə yarımadanın bəzi ərazilərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 20-23, gündüz 30 dərəcəyədək isti olacağı gözlənilir.

Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında

İyunun 29-da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

İyunun 29-da Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, iyunun 30-da daha da şiddətlənəcək.

Google+ WhatsApp ok.ru