Hİcab idman və karyeraya maneə deyil

Müasir müsəlman qadınlar Kuala-Lumpuradan tutmuş Los-Ancelesə qədər ənənəvi geyimləri olan hicaba qarşı kreativ yanaşmaqdan yorulmurlar  və qapalı geyimlərinə yeni brendlər yaradırlar.

Louella brendinin yaradıcısı müsəlman-modelyer İbtihac Məhəmməd deyir ki, " Biz dəbdən geri qalmaq istəmirik, eyni zamanda dinimizin qaydalarına riayət edirik."
Louella brendinin satışa buraxıldığı ilk 3 ayda 4000 məhsul artıq satılıb.
Professional idmançı, ABŞ qılıncoynatma yığma komandasının üzvü olan İbtihac, tez-tez müxtəlif tədbirlərdə iştirak edir,böyük auditoriyalar qarşısında çıxış edirdi lakin münasib dəbli geyim problemi ilə qarşılaşdıqda öz yeni dəb xəttinin yaradılması fikrinə düşdü.
Hicab və hicab dəbi haqqında məqalələr yazan müsəlman qadın Sammer Əl-Barşa hələ 2012-ci ildə instagramda "hicabda hipsterlər" səhifəsini yaradıb və hal hazırda səhifənin 23 000 izləyicisi var.
Qadınlar öz nümunələri ilə hər gün daha da sübut edirlər ki, hicab idmana, karyeraya,hətta əgər karyera dəblə bağlı olsa belə mane olmur. /
/

 

Google+ WhatsApp ok.ru