HÜCR İBN ƏDİ

HÜCR İBN ƏDİ

Nümunəvi insanların həyatı gözəl bir rəsm əsəri tək, həyat yolunu və düzgün hərəkət istiqamətini işıqlandırır. Necə yaşamaq və kamala necə çatmaq suallarına cavab almaq üçün ideal axtarmayan kimdir?! Ən mühüm məsələ idealı düzgün seçməkdir. Çalışmalıyıq ki, yanlış ideallara aldanıb, yolumuzu azmayaq!

Allah-taala Qur`ani-kərimdə yaxşı insanların, saleh ümmətlərin və kamala çatmış zümrələrin sifətlərini və əməllərini şərh etməklə nümunələr göstərir. Bu sayaq təqdimatlar “Nəhcül-bəlağə”də və hədis kitablarında da tez-tez gözə dəyir. İslamın bəhrəli və parlaq tarixi yetkin və əbədi nümunələrlə zəngindir. Bu nümunələrin hər biri həyatda bizim üçün me`yar ola bilər. Bir şərtlə ki, əlimizə çıraq götürüb, tarixin qaranlıq dolanbaclarında bu nümunələri axtaraq.

Heyif deyilmi ki, bir belə nümunələrimizi tanımayaq və xəzinə ustə oturub, əl açaraq biganələr arasında ideallar axtaraq?! Öz tarix və mədəniy-yətimizdə layiqli ideallar ola-ola biganələr arasında ideal axtarmağımız yanlışdır.

Haqqında danışacağımız şəxs İslam tarixinin görkəmli simalarındandır. Hücr ibn Ədi bir kamal ayəti və fəzilət sənədidir. Onu başqalarından üstün edən Allaha, Onun rəsuluna, Əhli-beytə mərifəti, Peyğəmbər (s) ailəsinə məhəb-bəti, iman və övliyalara itaətidir. Bəli, mərifət, məhəbbət və itaət bir-birləri ilə sıx bağlı olan ünsürlərdir. Bu ünsürlər varlıq aləmində saleh əməl üçün bir sərmayədir. İdeallarla tanışlıq mövzusunda silsilə söhbətlərimizdə bu insanın haqqında danışmağımız təsadü-fi deyil.

Hücr ibn Ədi və onun yoldaşları şiəlik tarxinin iftixar yaradan şəhid-lərindəndirlər. Onlar sükut və sıxıntı əsrində zülmə qarşı fəryad çəkmiş, öz dövürlərinin zalım hakimləri ilə  mübarizəyə qalxmış və nəhayət, pərvanı tək bu eşq atəşində yanmış, əbədi həyata qovuşmuşlar.

Hücr və onun yoldaşları bütün İslam ümmətinin fəzilətsevər gəncləri üçün iman, cihad, hicrət, fədakarlıq, fəsadla mübarizə, əmr be mə`ruf və nəhy əz münkər, haqqın müdafiəsi və nifaqın ifşası nümunələridirlər.

Olsun ki, bu insanların həyatı ilə tanışlıq gənclərimizin qəlbində iman nurunu gücləndirsin, onların ruhunu ixlas, mə`nəviyyat, iman ətri bürüsün.

Kitab doktor Ləbib Beyzunun çox dəyərli bir kitabı əsasında tərtib olunmuşdur. “Hücr ibn Ədi, Məhəmməd əshabının rahibi” kitabının müəllifinə vilayət və Əli (ə) məhəbbəti yolunun şəhidərinə diqqətinə görə təşəkkür edirik. İslam idealları ilə bağlı silsilə söhbətlərimizin bu his-səsində əsasən adı çəkilən mənbəyə istinad edilmişdir. Göstərilən mənbələrin də əksəriyyəti həmin kitabdakı mənbələrdir.

 

Google+ WhatsApp