Hücumun motivinin İslam Peyğəmbərinin karikaturası kimi verilməsi gülüncdür

Paris hadisələrində terrorçuların arxasında amerikalı kuratorlar dayanır

Parisin mərkəzində 12 nəfərin öldürülməsi Birləşmiş Ştatların maraqlarını tam ödəyir. Maide.az-ın verdiyi məlumata görə, bunu Rusiyanın tanınmış politoloqu  Aleksey Martınov deyib.

"Son illərdə  "islam terrorizmi"  dünyanın aparıcı xüsusi xidmət orqanının əlindədir. ABŞ-ı nəzərdə tuturam. Mən əminəm ki, Paris hadisələrində, həmin terroru törədən terrorçuların arxasında  bu və ya digər formada amerikalı kuratorlar dayanır", - deyə, ekspert bildirib.

Aleksey Martınovun fikrincə, hücumun motivinin Məhəmməd Peyğəmbərin karikaturası kimi verilməsi gülünc səslənir: "Bu gülüncdür. Hər şey dəqiq hazırlanıb və özü də bu işi törədənlər tərəfindən yox. Bu aşkardır. İlkin  nəticə bu oldu: "Fransa bu terrora hazır deyilmiş, xüsusi xidmət orqanları bunun qarşısını ala bilmədi. Belə bir sual meydana çıxır: Niyə?"

Politoloq vurğulayıb ki, son illərdə bir sıra aparıcı Avropa dövlətləri faktiki olaraq öz suverenliklərinin təhlükəsizliyi məsələsində geri çəkilərək, "beynəlxalq terrorizmlə mübarizə aparan" böyük müttəfiqləri Amerikaya və "güclü" amerika xüsusi xidmət orqanlarına güvənirlər.

Politoloq daha bir məsələyə diqqət yönəldib: "Hazırda rəssam karikaturaçıların  ölümünü islamçıların Avropada söz azadlığına hücumu kimi  qiymətləndirilir. Ancaq digər tərəfdən hamı anlayır ki, burda nəsə düz deyil".

Aleksey Martınov  radikal islamçıların  jurnallardakı nəşrlərə  reaksiya vermədiyini vurğulayıb: " Charlie Hebdo-da karikaturanın meydana gəlməsi Fransada dini  qarışıqlıq və qorxu yaratmaq məqsədiylə xüsusi xidmət orqanları tərəfindən bir neçə il öncədən planlaşdırıla bilərdi".

"ABŞ prezidenti  indi "İŞİD"i təhlükə adlandırır. Bəs görək bu kimin layihəsidir?  Bu Birləşmiş Ştatların layihəsidir: amerikalı  instruktorlar tərəfindən yaradılıb və oğurlanan neftlərin pulları hesabına təchiz olunub", - deyə ekspert əlavə edib.

Politoloqun fikrincə Avropada xaos yaratmaqda əsas məqsəd  Rusiya ilə əlaqələri bərpa  etmək barədə fikirləri qarışdırmaqdır: "Vaşinqton Avropanı Rusiya ilə qarşı-qarşıya qoyub. Lakin bu yol  avropalılar üçün sərfəli deyil: Çünki nəinki  iqtisadi, həm də  sivilyasiya böhranı  yaranır".

Aleksey  Martınov hesab edir ki, bununla belə, Amerikanın Avropanı  qorxunun əsarətində saxlamaq və dini çəkişmələr yaratmaq cəhdlər əks təsir göstərəcək: "Rusiya və Avropa  ümumi təhlükə - terrorizm və ABŞ hegemonluğu  - qarşısında birləşəcək.

Yeri gəlmişkən qeyd edək ki, “Free Gaza” hərəkatının nümayəndəsi Qreta Berlin “Parisdə “Charlie Nebdo” satirik jurnalının redaksiyasına terrorçu basqını İsrail kəşfiyyatı təşkil edib” deyə sensassion açıqlama ilə çıxış etmişdi.

“Fransada satirik jurnalın Paris ofisinə sadəcə olaraq “Mossad” hücum edib. Məqsəd Fələstinlə Fransa arasındakı sazişə zərbə vurmaq üçün saxta təxribat törətməkdən ibarət olub. Bizə yalnız ona ümid etmək qalır ki, Fransa polisi yaxşı təlim görmüş İsrail kəşfiyyatının əli ilə törədilən bu hadisələri ayırd edə, ondan baş çıxara biləcək. Ümid edək ki, Fransa polisi müsəlmanların Fransaya hücum etdiyini düşünməyəcək. Çünki Fransa müsəlmanların yaxın dostudur. Axı İsrail də Fransaya bundan əvvəl xəbərdarlıq etmişdi. İsrail tərəfi bəyan etmişdi ki, əgər Fransa Fələstinin tərəfində durub onun tanınması lehinə səs versə, bunun ciddi nəticələri olacaq. Bu dəhşətli hücuma görə kimlərin məsuliyyət daşıdığı hətta 4-5 yaşlı uşaqlara da aydındır” - deyə newsru.co.il portalı Qreta Berlindən sitat gətirib.

Google+ WhatsApp ok.ru