HDP lideri `diktator` adlandırdığı prezidentə “Cənab Ərdoğan” dedi

Seçkidən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana diktator deyən Xalqın Demokratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş növbəti dəfə üslubunu dəyişib. Növbəti dəfə prezident üsul idarəsini tənqid edən Demirtaş Ərdoğana qarşı şəxsi ədavətləri olmadığını deyib:
 
“Prezident üsul idarəsində təkid edilməsi sistemin tıxanmasına, gərginliyin çoxalmasına yol açır. Yəni, xalqın istəmədiyini həyata keçirməyin bir mənası yoxdur. Bu, şəxsi mövzu, şəxsi məsələ deyil. Biz cənab Ərdoğana qarşı şəxsi ədavətimiz olduğu üçün bu sistemə qarşı çıxmırıq. Prezident üsul idarəsini bu günkü Türkiyə şərtlərində həyata keçirmək olmaz. Biz bunu AKP-yə qarşı xüsusi ədavətimiz olduğu üçün tənqid etmirik. Türkiyə xalqlarının mənfəəti üçün hər cür ortaq addımı atmağa hazırıq. Təkrar üstündən xət çəkərək vurğulayıram ki, bizim cənab Ərdoğana qarşı nə şəxsi ədavətimiz, nə də şəxsi mövqeyimiz var”. 
 
Xatırladaq ki, bundan əvvəl seçkinin nəticələrini dəyərləndirən Demirtaş partiyasının baryeri keçməsini təmin edən dəstək barədə “əmanət səslər” – demiş, fikrini, “Bizə əmanət səs verənləri utandırmayacağıq” – sözləri ilə ifadə etmişdi.
 
Daha sonra Kandildən gələn xəbərdarlıqla geri addım atan Səlahəddin Demirtaş, “Bariyeri əmanət səslərlə keçmədik” – demişdi. 

Google+ WhatsApp ok.ru