`Hegemonçu ABŞ dövlətinin siyasəti və zatı tamahkarlıq üzərində qurulub`-YENİLƏNİB

`Hegemonçu ABŞ dövlətinin siyasəti və zatı tamahkarlıq üzərində qurulub`-YENİLƏNİB

(ilk xəbər bu gün 12:28 -də dərc olunub ) 
 
Xəbər verdiyimiz kimi bu gün səhər Ali Rəhbər Ayətullah Xamenei minlərlə tələbə və şagirdlə görüşüb.
 
Maide.Az xəbər verir ki, bu görüş 13 Aban – Dünya İmperializminə Qarşı Milli Mübarizə və Şagird Günü ərəfəsində baş tutub.
Görüşdə çıxış edən Ali Rəhbər Ayətullah Xamenei bəzilərinin İmam Xomeyni (r) və xalqın Amerikaya qarşı mübarizəsinin məntiqi və həqiqətinin təhrif etməyə çalışmasını, eləcə də gənc nəslin zehnində şübhələr yaradaraq ölkənin problemlərinin yeganə həll yolunun müzakirə aparmaq olduğunu deyənləri tənqid edib və bildirb: “Ölkənin problemlərini həll edəcək şey inqilabı düşüncə və ruh yüksəkliyidir. Yəni Allaha təvəkkül etmək, öz gücünə inanmaq, əməldə şücaətlik göstərmək, bəsirət, İmam Xomeyninin (r) məsləhətlərinə əməl etmək, yaradıcılıq, gələcəyə ümidvar olmaq, düşməndən qorxmamaq və onun qarşısında təslim olmamaqdır”.
 
Ali Rəhbər Ayətullah Xamenei 13 Aban tarixində baş vermiş hadisələrə toxunub və bu hadisələrin arasında ən diqqət çəkən məsələnin Amerikanın casusluq yuvası (səfirliyinin) ələ keçirilməsi olduğunu vurğulayıb. “Bu gün, əslində mömin, inqilabçı, qorxmaz və yaradıcı gənclərin günüdür. Onlar öz hərəkətləri ilə, yəni casusluq yuvasını ələ keçirməklə düşmənin edə biləcək hərəkətlərinin qarşısını aldılar. İmam Xomeyni (r) casusluq yuvasının ələ keçirilməsi hadisəsini “İkinci İnqilab” adlandırıb. Bu adlandırma Amerikanın İnqilabdan öncə və sonrakı çirkin planları və cinayətlərinə görədir. Amerika dövləti İslam İnqilabını uğursuz etmək üçün rəsmi və qeyri-rəsmi şəkildə heç bir işdən çəkinmirdi. İnqilabçı gənclər həmin dövrdə casusluq yuvasını ələ keçirməklə onun (Amerikanın) çirkin planlarını pozdular”. 
 
Ali Rəhbər Ayətullah Xamenei bildirib ki,  Amerikanın səfirliyinin daxilindən əldə olunan sənədlər bu casusluq yuvası ələ keçirilən zaman xırda-xırda doğranmış kağız parçaları idi, inqilabçı gənclərin zəhməti və səyi nəticəsində toplandı və yenidən bərpa olundu. Amerikanın İran xalqına qarşı düşmənçiliyi və çirkin planlarının dərinliyini bu sənədlər göstərir.
 
Ali Rəhbər Ayətullah Xamenei Amerika səfirliyindən əldə olunan sənədlərdən təqribən 70 cild kitab yazıldığını vurğulayıb və bu dəyərli və önəmli kitablara məktəb və universitetlərdə diqqətsizliyi tənqid edib. “Nə üçün universitetlərdə və məktəblərdə bu kitablardan heç bir əsər-əlamət yoxdur?”
 
“1358-ci ilin aban ayının 13-də casusluq yuvasının ələ keçirilməsi əslində İranı özünki bilən və İran xalqının sərvətini və təbii ehtiyatlarını talan edən həyasız hegemon bir gücün uzun illər bu ölkəyə qarşı olan düşmənçiliyi və cinayətlərinə təbii reaksiya idi. Lakin İslam İnqilabının qələbə çalması ölkəni onun əlindən çıxartdı. Bu böyük addımın rəhbəri İmam Xomeyini (r) şəxsən özü idi, ona görə ki, həmin dövrdə də inqilabçı gənclərin casusluq yuvasını ələ keçirməsinin qarşını almaq üçün müxtəlif tərpənişlər oldu, lakin İmam qətiyyyətlə olnaların qarşısında dayandı”.
 
Ayətulalh Xamenei bildirib ki, hegemonçu ABŞ dövlətinin siyasəti və zatı tamahkarlıq üzərində qurulub və uzun illər dünyanın müxtəlif nöqtələrində, xüsusi ilə də Asiyanın qərbi və İslam İnqilabından öncəki İranda bu siyasəti izləyib. Buna görə də, elə inqilabın ilk aylarında ən az qəflətə yol verilirdi və İmam ABŞ-ın qarşısında dayanmasaydı, qapıdan qovulan düşmən, pəncərədən girəcəkdi.
 
Ayətullah Xamenei Amerikada prezident seçkilərinə namizədlər arasındakı debatlara toxunaraq deyib ki, bu iki namizəd bu günlər ABŞ-ın daxilində mövcud olan həqiqətləri və faciələri aşkar formada ifşa edirlər. Əlbəttə, biz daha öncə bunun çox az bir hissəsini bəyan etmişdik. Amma, bəziləri buna inanmırdılar və ya inanmaq istəmirdilər. İndi isə bu iki namizədin debatlarda dedikləri Amerikada insani dəyərlərin öldüyünə sübutdur.
 
Ayətullah Xamenei Amerikada prezident seçkilərinə namizədlərin debatlarında irqçilik və yoxsulluq barədə deyilənlərə, Amerikada sərvətin 90%-nin 1%-ə aid olması barədə səsləndirilən fikirlərə istinad edərək, deyib ki, “İnsan haqları və insani dəyərlərin ayaqlar altında tapdalanması, irqçilik və ayrı-seçkilik bu gün Amerika ictimaiyyətinə hakim kəsilmiş gerçəkliklərdir. Əgər İran xalqı İmamın dövründə ABŞ-ın qarşısında dayanıbsa və bu gün də ABŞ əleyhinə şüar verirsə, onun qarşısında müqavimət göstərirsə, bu, möhkəm və güclü bir məntiq əsasındadır”.
 
Ali Rəhbər mühüm beynəlxalq mərkəzlərin və hətta, amerikalıların özlərinin Amerikada iqtisadi, siyasi, beynəlxalq və əxlaqi böhranların olduğuna etiraf etdiklərini bildirib və deyib ki, bu gün ABŞ-ın borcları bu ölkənin ümum milli istehsal miqdarına bərabərdir. Və beynəlxalq göstəricilərə əsasən bu böhran deməkdir. 
“Bu gün dünyanın hər hansı bir yerində, hər hansı bir xalq zalım hökumət əleyhinə qiyam etdiyi zaman, verdiyi ilk şüar "Amerikaya ölüm" şüarıdır. Bu gün amerikalılar Suriya, İraq, Livan, Yəmən və Şimali Afrika olaylarında çıxılmaz vəziyyət ilə üzləşiblər. Məgər, bu vəziyyət böhran deyil?”
 
Ayətullah Xamenei İran İslam Respublikasının regiondakı mövqeyini ABŞ-ın mövqeyinin tam əksi olduğunu vurğulayıb və deyib ki, Allahın lütfü sayəsində İran xalqı şücaət, bəsirət və müqavimət yolu ilə çətinliklərin öhdəsindən gəlib və bu gün Asiyanın qərb hissəsində və Fars Körfəzində parlaq bir simaya sahib olub.⁠⁠⁠⁠

Google+ WhatsApp ok.ru