Helmandda azı 35 dinc sakin öldürülüb 23 Sentyabr 2019 14:02 Dünya Əfqanıstanın cənubunda Helmand vilayətində azı 35 dinc sakin öldürülüb, 13 nəfər yaralanıb. İnsident sentyabrın 22-də axşam xüsusi qüvvələrin reydi zamanı baş verib. Rəsmilər Talibanın həmin evdə intiharçılara təlim keçildiyini bildirirlər. Hücum zamanı hədəf yaxınlığındakı toy mərasimi atəşə məruz qalıb. “35 dinc sakin öldürülüb, 13 nəfər yaralanıb. Bu adamlar hücum ərazisi yaxınlığında toyda iştirak edirdilər”, – Helmand vilayət şurasının üzvü Attaullah Afghan deyib. Şuranın digər üzvü Abdul Majid Akhundzadah-nın deməsinə görə, hücumda hamısı dinc sakin olmaqla 40 nəfər öldürülüb. ABŞ ordusu isə reyddə 22 talibançının qətlə yetirildiyini bildirir. Vilayət valisinin sözçüsü Omar Zwak reyddə altı əcnəbi daxil olmaqla 14 yaraqlının öldürüldüyünü deyib. Zwak dinc sakinlərinin ölüm xəbərlərinin araşdırıldığını vurğulayıb. /azadliq.org Teqlər : #Helmandda,#azı,#dinc,#sakin,#öldürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İnqilabla hakimiyyəti ələ keçirən Sisiyə etirazlar artır Çin hakimiyyəti məscid və minarələri dağıtmağa davam edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO