Hepatitlərdən ödənişsiz müayinələr başlandı

Bu gündən başlayaraq Respublika Müalicə Diaqnostika Mərkəzi (RMDM) əhalinin hepatitlərdən ödənişsiz müayinələrinə başlayıb.
 
Maide.az Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, sosial xarakter daşıyan müayinələrin təşkilində əsas məqsəd əhali arasında xəstəliyin yayılma riskini azaltmaq, vaxtında aşkarlamaq və gedişatı haqqında vətəndaşları məlumatlandırmaqdır.
 
Hepatit müayinələri ən son üsul olan kartest test vasitəsilə həyata keçirilir.
 
Müayinə pozitiv nəticələr aşkar etdikdə, vətəndaşlar hepatoloqun qəbulunda ola və xəstəliyini gedişatı, müalicə üsulları haqqında məlumat ala biləcəklər.
 
Qeyd edək ki, RMDM-də dəfələrlə analoji aksiyalar təşkil olunub./
 

Google+ WhatsApp ok.ru