Hesabat: 2015-ci ildə atmosferdə karbon qazı konsentrasiyası rekord həddə çatıb

Hesabat: 2015-ci ildə atmosferdə karbon qazı konsentrasiyası rekord həddə çatıb

ÜMT-nin baş katibi: Karbon qazı konsentrasiyasının atmosferdə sənayeləşmə dövründən əvvəlki səviyyəyə qayıtmasına on minlərlə il tələb olunur
 
2015-ci ildə atmosferdə karbon qazı konsentrasiyası rekord həddə - milyonda 400 hissəciyə çatıb. Əvvəlki illərdə bu rəqəm yalnız ayrı-ayrı aylarda qeydə alınmışdısa, ötən il tullantıların orta qlobal səviyyəsi bütün il ərzində milyonda 400 hissəcik göstəricisində qalıb.
 
Xəbər verilir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatında deyilir.
 
"Ən dəhşətlisi odur ki, CO2 mövcudluğunu uzun müddət saxlayan qazdır və karbon qazı konsentrasiyasının atmosferdə sənayeləşmə dövründən əvvəlki səviyyəyə qayıtmasına on minlərlə il tələb olunur", - deyə ÜMT-nin baş katibi Petteri Taalas bildirib.
 
Ekspertlər ötən il atmosferə zərərli tullantıların həcminin artmasının əsas səbəbi kimi "El Ninyo" təbiət fenomenini (Sakit okeanın şərq hissəsinin tropiklərdəki səth sularının tempratur qərarsızlığı - red.) göstərir. Belə ki, onun səbəb olduğu quraqlıq meşələrin və okeanların karbon udmaq qabiliyyətinin azalmasına gətirib çıxarıb. (report) /

Google+ WhatsApp ok.ru