HESABAT: İsrail rejimi yanvarda yerli əhaliyə məxsus 40 binanı söküb

HESABAT: İsrail rejimi yanvarda yerli əhaliyə məxsus 40 binanı söküb

Bu ilin yanvar ayında işğalçı İsrail rejim qüvvələri fələstinlilərə məxsus 40 tikilini dağıdıb, yaxud müsadirə edilib. Bu da 2018-ci ildəki söküntülər üzrə aylıq ortalamaya uyğundur.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) yaydığı yeni hesabatda deyilir.
 
Bildirilib ki, yanvar ayındakı söküntü işləri nəticəsində 44 insan evsiz-eşiksiz qalıb, 200 nəfər bundan zərər çəkib.
 
Hesabata əsasən dağıntı işlərindən biri cəza məqsədilə törədilib, digərləri isə tikinti icazəsinin olmaması bəhanə kimi göstərilərək həyata keçirilib. Tikinti üçün İsrail hökumətindən icazə almaq isə fələstinlilər üçün demək olar ki, mümkünsüzdür.
 
Söküntü işlərinin 70 faizi C zonasında yerləşən 11 məntəqədə baş tutub. Bu zona tamamilə İsrailin hərbi nəzarəti altındadır.
 
İşğalçı rejim, həmçinin yanvar ayında Yətta qəsəbəsində bir yaşayış binasını partlayıcı qurğular yerləşdirərək havaya uçurub. A zonasında partlayışla törədilmiş dağıntı işi fələstinli müqavimətçi fəallara qarşı cəza məqsədilə həyata keçirilib.
 
Qeyd edək ki, A zonası tamamilə Fələstin Milli Hökumətinin nəzarətindədir.
 

Google+ WhatsApp ok.ru